Şəhidin namusuna dil uzadan “QƏHRƏMANLAR”ı tanıyaq-VİDEO

Baxılıb:732
Şəhidin namusuna dil uzadan “QƏHRƏMANLAR”ı tanıyaq-VİDEO

13.07.2019 cu il tarixdə viner Səbuhi Xanlarov və iş adamı Maksud Mahmudov ” Qarakənd” faciəsinin şəhidlərindən olan Osman Mirzəyevin həyat yoıdaşını təhqir edərək, qızı Sevinc Osman qızını “Onun qızı ola bilməz, atası yaxşı kişi idi, amma anası svoyski olub.Yəqin qonşuya tez- tez gedib gəlirmiş” kimi ifadələr işlədiblər. Nəzərinizə catdiraq ki, ABŞ da anti-milli fəaliyyət göstərən Sevinc Odsman qızı haqqında bacısı Lalə Osman qızı  Hacıyeva,  mətbuata verdiyi musahibələrdə ” Ailəmizi Sevinclə hecnə bağlamır, onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm” deməsinə baxmayaraq, yuxarıda qeyd olunduğu kimi Səbuhi Xanlarov və Maksud Mahmudov şəhidin xanımını təhqir etməkdən çəkinməmişlər.

Azərbaycanın samballı jurnalistlrindən olan Osman Mirzəyev Azərbaycan üçün yaşadı, yaratdı və Azərbaycan uğrunda da şəhidlik zirvəsinə qalxdı. Üstündən illər keçməsinə baxmayaraq insanların qəlbində taxtı-tac qurdu. Kişilik məktəbini də, igidlik, qəhrəmanlıq məktəbini də qürurla, alnı açıq,üzü ağ başa vurdu. Bəs siz nə nə verdiniz bu xalqa? Bayağı, şit, ancaq özünüzə gülməli gələn , telefon kamerasına çəkilmiş səviyyəsiz vinerlərlə xalqın zövqünü korlamaqdan, leksiona yeni söyüşlər gətirməkdən, saf insanları alçaldaraq gülüş obyektinə çevirərək əslində özünüzü itirən insanfasonlar!

Qəhrəmanının namusuna dil uzadan birinin Ali Baş Komandana sədaqət nümayişi səmimi ola bilməz. Bu “sədaqət” nümayişi ilə dövlətdən külli miqdarda kredit alaraq məzlum xalqa sələm verib sonra ” vosmi” nümayiş etdirərək iliyini çəkəcəyinizi düşünürsünüzsə yanılırsınız. “İlhamçıyam” deyərək İlhamçı olunmaz!!! Nə atalar, nə analar övladlarının əməlinə görə cavab verməməlidir. Heç bir təcrübədə bu görülməyib. Sevinc Osmanqızı  mənim yazımın qəhrəmanı deyil. , ola da bilməz. Söhbət Osman Mirzəyevdən gedir. Siz prezidentin və xanımının daim nəzərdə saxladığı şəhidi alçaltmaqla elə bir başa onun özünə qarşı çıxdınız.

Prezidentin , hakimiyyətin sizin kimilrə ehtiyacı yoxdur.  Siz çoxdan istifadə müddəti ötüb keçmiş……..məhsulsunuz. Mən bir azərbaycanlı kimi əminəm ki, sizin “əməyiniz” “qiymətləndiriləcək” Bir şəhid xanımının alçaldılması cavabsız qalmayacaq.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir