TƏCİLİ – Keşikçi dağdakı insidentə görə gürcü səfir XİN-ə çağırıldı

Baxılıb:260
TƏCİLİ – Keşikçi dağdakı insidentə görə gürcü səfir XİN-ə çağırıldı

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

AzTimes.az xəbər verir ki, məlumatda deyilir:

“14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd bölüyünə hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Məsələ ilə bağlı müvafiq izahat istənilib.

Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib”.

İstinad:Bakuws.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir