“Cəmiyyət üçün faydalı olan mətbuat və YENİ SİSTEM yaradılmalıdır”

Baxılıb:96
“Cəmiyyət üçün faydalı olan mətbuat və YENİ SİSTEM yaradılmalıdır”

Bizim cəmiyyəti, uşaqları, gəncliyi məlum hala qoyanlardan biri və ən birincisi dövlətdən qanuni və ya dolayısı ilə maliyyə alan, mətbuat bazarında hökmranlıq edən saysız “xəbər” portallarıdır, agenliklərdir.

Xəbər lentlərində ancaq ölüm, bıcaqlanma, zorlama, bacısını öldürənin məhkəməsi, dədəsini döyənin ifadəsi, yaltaqlıq, p.xdan konfet düzəldən adamların reklamı, dövlətin var yoxunu sovuran məmurların şirkətlərinin reklamı. xalqın evini faizlərlə məhv edən bankların yalançı xəbərləri, dünyadan xəbəri olmayan şəxslərin ekspert kimi millətə soxuşdurulması tüğyan edir.

Bu şəxslərin işi xalqı mələdən şəxslərin müdafiəsini təşkil etməklə yanaşı, onların dövlətdən oğurladıqlarına şərik olmaq, onlardan yararlanmaqdan ibarətdir. “Sən qazanırsan, mən də qazanım…” prinsipi ilə yaşayırlar.

Bu hallar cəmiyyətə yaxşı heç nə vermədi və bu adamlar hələ də öz əməllərini davam etdirirlər.

Bu agentliklərin, xəbər portallarının hamsı bağlanmalıdır, əvəzində yeni və cəmiyyət üçün faydalı olan mətbuat və YENİ SİSTEM yaradılmalıdır.

Millətə, cəmiyyətə yalan, keyfiyyətsiz, saxta məlumat satdıqları, cəmiyyəti yalnış istiqamətləndirdikləri, səhv xəbərləmə siyasəti həyata keçirdikləri üçün belə xəbər portallarına nəzarət edən şəxslərin hamsını həbs edilməlidir.

Xarab qida da zəhərləyib öldürür, xarab, keyfiyyətsiz xəbər də…

Əgər sahibkar xarab məhsul satdığı üçün həbs edilə bilirsə, bu adamlar da cəmiyyətə saxta, xarab, düz olmayan, sistemsiz məlumatları satdığı üçün həbs edilməlidirlər.

Xarab pendir bir, iki adamı zəhərləyirsə, xarab, saxta, yalan xəbər bütün cəmiyyəti məhv edir…

Ədil Hüseynov /AzTimes.az/


Abunəlik