Emil Maqalovdan daha bir ARAŞDIRMA

Baxılıb:289
Emil Maqalovdan daha bir ARAŞDIRMA

Bu araşdırmam öz hesabıma Azərbaycanda müxtəlif təhsil müəssisələrində təhsil alan tələbələr arasında narkomaniyanın yayılmasını, zorakılıq və məktəb davranışı ilə əlaqəsini qiymətləndirmək məqsədi daşıyır və heç bir qurumla əlaqəsi yoxdur.
Bu şəxsi tədqiqatım narkomaniya və zorakılığın miqyasına diqqət yetirən ilkin məlumatları təqdim edir.

Anketlər müxtəlif sahədə tələbələri yaş, cins və akademik sahə daxil olmaqla, zorakı davranışlar və təhsillə əlaqəli faktorlarla bağlı araşdırmalarımı əhatə edir.
Dərmanları ( narkotikləri ) “yoxlamaq” üçün hər bir iştirakçıdan sidik nümunəsi toplanıb və təhlil edilib.

Nəticələr, 2022 ci il ərzində müxtəlif sahədə 18-25 yaşlı tələbələr arasında:
100 tələbədən sidik nümunəsi ilə müsbət narkotik istifadəsi 9% təsdiqləndi. Bunlardan 90 % i kişilərdir və 60 % i digər rayon və qəsəbələrdən gəlmələrdir.
Müəllimlərə heç bir hörməti olmayan tələbələr asılılıq qrupunda 32%, qeyri-asılı qrupdan 14% daha çoxdur.

Nəticə:
Tələbələr arasında narkotik istifadəsi və zorakılıq hərəkətləri üçün risk altında olan kritik bir dövr kimi müəyyən edilməlidir. Bu tədqiqatım həssas gənclər arasında narkomaniyanın erkən aşkarlanmasının vacibliyinə işarə edir, sui-istifadənin və narkotik maddələrdən asılılığın qarşısını almaq üçün təhsil yeni proqramlarının hazırlanmasına imkan verir, amma…

Ardı var.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov


Abunəlik