DİN-ə çağırış:”Kuryerlərlə bağlı reydlər təşkil edilsin”

Baxılıb:412
DİN-ə çağırış:”Kuryerlərlə bağlı reydlər təşkil edilsin”

Ölkədə narkotiklə gözlə görünən mübarizə gedir. Demək olar ki , “ağ ölümlə dəhşətli savaşın mərkəzindəyik. Bu gün Daxili İşlər Naziri general- polkovnik Vilayət Eyvazovun çağırışına neçə media nümayəndəsi, cəmiyyətdə nüfuza malik şəxslər ,sosial şəbəkə fenomenləri qoşularaq bacardığı kimi polisə dəstək olur . Ağ ölüm”ün bu qədər sürətlə yayılması, geniş əməliyyat tədbirlərinə baxmayaraq kökünün tam kəsilə bilməməsi vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha sübut edir. Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan istifadəçilərin çarəsiz görüntüləri bu mərətin evimizin kandarına qədər gəlib çıxmasından xəbər verir. Buna görə də bəlanı hər yerdə -Təhsil ocaqlarında,xəstəxanalarda, restoranlarda… hər yerdə axtarmalıyıq.
Müşahidələr əsasında bir ay ərzində fəsfud qidaların çatdırılmasını həyata keçirən kuryerlərin neçə-neçə qəzalara səbəb olduğunun şahidi oluruq. Çox maraqlıdır ki, motoskl , velosiped vasitəsi ilə yemək daşıyan bu işçilərə nəzarət edən qurumu tapa bilmədik.
DYP-dan bildirilir ki, belə sürücülərdən sənəd tələb edilir . Bəs sağlamlıq haqda ? Onların iş başında olarkən hansısa uyuşturucu vasitədən istifadə edib etməməsi nəzarətdədirmi? Bir çoxlarının xarici görünüşü onların vəziyyətinin yaxşı olmadığını deyir. Gözlərdəki qızartı, üzdəki şişkinlik bəlkə də yorğunluqla əlaqələndirilə bilər. Bu məsələyə yenə də haqq qazandırmır. Belələri gün ərzində özünün və neçə sürücünün həyatını
təhlükə altında qoyur. DİN- ə səslənirəm: Fəsfud yeməklərin çatdırılması ilə məşğul olan kuryerlərlə bağlı reydlər təşkil edilsin.

Pərvin Abışova AzTimes.az


Abunəlik