SON DƏQİQƏ: NAZİR BU ŞƏXSLƏRİ RƏİS TƏYİN ETDİ – ADLAR

Baxılıb:184
SON DƏQİQƏ: NAZİR BU ŞƏXSLƏRİ RƏİS TƏYİN ETDİ – ADLAR

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb. Ekologiya.az-ın xəbərinə görə, Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə yeni rəhbərlər təyin olunub.Əmrə əsasən 8 saylı RETSİ-nin rəisi Asif Məcidov vəzifəsindən azad edilərək 4 saylı RETSİ-nın rəisi təyin edilib. 7 saylı RETSİ-nin rəisi Akif Məımmədov vəzifəsindən azad edilərək, 8 saylı RETSİ-nin rəisi vəzifəsinə təyinat alıb. Bununla yanaşı nazirin digər əmri ilə 7 saylı RETSİ-nin rəisi vəzifəsinə isə Anar Süleymanov təyin olunub.ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Ekologya.az-a məlumatı təstiqləyib.Bildirilib ki, Anar Süleymanov bu təyinata qədər 9 saylı RETSİ-nin sektor müdiri vəzifəsində çalışıb.


Abunəlik