Azərbaycanda gənclik belə məhv olur- ” Kirayələrdə yaşayıram desəm, yalan olar-Konkret sürünürəm”

Baxılıb:459
Azərbaycanda gənclik belə məhv olur- ” Kirayələrdə yaşayıram desəm, yalan olar-Konkret sürünürəm”

İşimlə və bir sıra problemlərlə əlaqədar 8 aydır kirayələrdə yaşayıram desəm, yalan olar. Konkret sürünürəm. Pandemiya dövründə isə vəziyyət həddindən artıq çətinləşib. Hökumət vətəndaş üçün öz ciblərinə baxıb, qərar qəbul etdi.

İki redaksiyada işləyirəm və aldığım məvaciblər hökumətin öz katibələrindən fərqlənməyən jurnalistlərindən daha artıqdır. Lakin evin kirayəsi, kommunal, əlavə olaraq internet, kontur, taksi xərcləri aylıq qazancımın demək olar ki, yarısı edir.

Mənim vəziyyətim digər yoldaşlara (30-40 jurnalist, reportyor) nisbətən yaxşıdır. Bunları yazmaqda məqsədim kimdənsə maddi və ya mənəvi dəstək istəməyim kimi başa düşülməsin. Bu ayın kirayəsini hələ də verməmişəm, noutbuklarımı yeniləməliyəm, gələn ay ödəməli olduğum təhsil haqqı borcumu toplamalıyam, avadanlığım sıradan çıxıb, son günlərini yaşayır, telefonumun biri itib, yenisini almalıyam və s. kimi problemlərlə güləşirəm.

Bütün bunların fonunda çıxır biri deyir ki, müstəqil jurnalistlər xaricdən çox yaxşı maliyyələşir, minlərlə avro qazanırlar hər ay.

Adlarını yazmıram amma dostlar özləri biləcək kimlərdir.

1) Türkiyədə ali təhsil alan müstəqil jurnalist dostumuz evin kirayəsini ödəyə bilməyib, 0-dadır.

2) Ali təhsilli jurnalist dostumuz övladlarına baxa bilmədiyi üçün övladından ayrı düşüb.

3) Ali təhsilli jurnalist dostlarımızdan birinin maaşı 40% azalıb və 3 övladı var. Nə edəcəyini bilmir.

4) Təhsil haqqını gələn ay ödəməli olan jurnalist dostlarımızdan biri isə nə edəcəyini bilmir.

Siyahını uzatmaq olar. Qısa olaraq bildirmək istədim ki, hökumətin yarıtmaz, başı işləməyən məmurlarının sayəsində bu problemlərlə ölkə jurnalistləri güləşir. Siz hələ heç bir təhsili olmayan, günəmuzd işləyən, 3 uşağı ilə kirayədə qalan bir gənc ailə düşünün.

Fərid İMRAN /AzTimes.az/


Abunəlik