Qumarbazın dünyaya bəxş etdiyi təamın maraqlı tarixçəsi

Baxılıb:410
Qumarbazın dünyaya bəxş etdiyi təamın maraqlı tarixçəsi

Sendviç sözünün qumar masasından indiki zamana qədər olan qısa maraqlı hekayəsi hekayəsi olduğunu bilirdinizmi? History. com-da bu barədə çox maraqlı bilgilər var. AzTimes.az tarixçəsi sizə təqdim edir.

Sendviç 1762-ci ildə Birləşmiş Krallıqda dövlət xadimi 4-cü Sandwich qrafı John Montagu tərəfindən məşhurlaşdırılıb. “Earl of Sandwich” bir ingilis tituludur.

Dövlət xadimi John Montagunun qumar asılılığı var idi. O, saatlarla masadan qalxmadan qumar oynayırdı. Təbii olaraq da bu zaman aclıq hiss edirdi. 1762-ci ildə John Montagu aşpazından ayağa qalxmadan, oturduğu yerdə yeyə biləcəyi bir yemək hazırlamasını istəyir.

Aşpazı da ona indi hamının bildiyi sendviçi hazırlayır. Bu asan hazırlanan qida onun o qədər xoşuna gəlir ki, o, davamlı olaraq sendviç yeyir. Daha sonra sendviç London elit təbəqəsi arasında məşhurlaşır.

1815-ci ilə kimi amerikalılar “Sandwich sözünü xatırlamaq istəmirdilər, çünki bu söz onlara Birləşmiş Krallığın hökmranlığını xatırladırdı. Həmin dövrə qədər ABŞ-da sendviç sözünə heç bir kitabda rast gəlinməyib. “Sandwich” sözünün əsl mənası unudulduqdan sonra bu asan hazırlanan qida kimi ABŞ-da çox məşhurlaşdı.

Sendviç indi o qədər məşhurdur ki, hazırda 328 milyon əhalisi olan ABŞ-da gündə orta hesabla 300 milyon sendviç yeyilir.


Abunəlik