Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?

Baxılıb:69
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?

Qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin koordinatoru, Ermənistanın keçmiş xarici işlər nazri Vardan Oskanyan İrəvanda separatçıların “deputatları” ilə görüş keçirib.

İki saat davam edən görüşdə qondarma “komitənin” üzvləri Karen Bekaryan və Geqam Stepanyan da iştirak edib.

Oskanyan görüşdə son iki ayda Avropada qondarma “artsax”la bağlı keçirdiyi görüşlərdən bəhs edib. O, Avropada müxtəlif rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarla görüşdüyünü bildirib. O, “Qarabağ erməniləri”nin hüquqlarının müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib.

Oskanyan bildirib ki, buna nail olmaq asan deyil, çünki nəinki dövlət səviyyəsində belə bir proqram həyata keçirilmir, həm də başqalarının bunu etməsinə imkan verilmir.

“Ermənistanın müxtəlif ölkələrdəki səfirlikləri görüşdükləri dövlət rəsmilərini “artsax”la bağlı proqrama dəstək verməkdən çəkinməyə çağırırlar. Lakin biz işimizi davam etdirəcəyik”, – o bildirib.

Oskanyan qeyd edib ki, qondarma “komitənin” üzvləri arasında iş bölgüsü aparılıb. Həm siyasi, həm hüquqi istiqamətdə iş aparacaqlar. Karen Bekaryan isə (keçmiş separatçı rejimdə “deputat” olub) “artsax” mövzusunu Ermənistanda gündəmdə saxlamaq missiyasını həyata keçirəcək.


Abunəlik