Aşıq Namiq jurnalisti təhqir etdi-VİDEO

Baxılıb:318
Aşıq Namiq jurnalisti təhqir etdi-VİDEO

Bu gün Baku.ws saytında Aşıq Namiq kimi tanıdığımız Namiq Fərhadoğlunun Tv8 internet kanalının rəhbəri Cavid Əhmədoğlunu təhqir etməsi ilə bağlı xəbər yayımlanıb. Məsələyə aydınlıq gətirmək məqsədi ilə birinci Cavid bəylə əlaqə saxladım. C. Əhmədoğlu  instaqram sosial şəbəkəsində Namiq Fərhadoğlunun durğu işarəsini səhv qoyduğunu görərək yalnışı düzəltsin deyə köməklik məqsədi ilə şərh yazdıqda Aşıq Namiqdən təhqir dolu cavab gəlib . Aşıq namiq şəxsidə də təhqir etdikdən sonra Cavid Əhmədoğlunu bloka atıb.

Qarşı tərəfin fikrini öyrənmək üçün Aşıq Namiqlə əlaqə saxladıq. Mən adəti üzrə salam verdikdən sonra özümü təqdim edirəm. N.Fərhadoğlu “Tanımıram” dedi. Bu normaldır. Çünki, mən əminliklə deyirəm ki, AzTimes.az saytı  özünü aşıq adlandırıb Azərbaycanı dünyaya tanıdan, dədələrimizdən bizə əmanət olan saz havasına rəqqasələrə çanaq oynatdıran birinin izləməsi üçün çox-çox ağırdır. AzTimes.az-ın əyinatı  insanların bostanına daş atıb gündəm zəpt etmək havasında olan birinin beyni üçün hesablanmayıb. Mənim vermiş olduğum ” İnstaqram hesabınızı sizdən başqa kimsə işlədirmi ?” sualının cavabından başqa hər  böhtanı və təhqiri yağdıran “aşıq” o söyüş yazılan vaxtda dərsdə olduğunu dedi. Sosial şəbəkələrdən anlayışım olmasaydı, Cavid Əhmədoğlunun reytinq xətrinə özü-zünü söydüyünə inanacaqdım.

“Siz sayt açıb məhşurlara zəng edərək əlli azn istəyirsiniz. AzTimes.az saytı gedib sabununu satsın.” Heç bir zaman hörmətini saxlamayan Namiq bəy!!! Birinci, ən ümdəsi biz xəbər portalı olaraq heç bir şəxsdən pul almırıq. Əgər əlinizdə belə bir fakt varsa, buyurun! İkincisi isə sizin şampun satdığını dediyiniz AzTimes.az xəbər portalı Azərbaycan Respublikası prezidentinin siyasi kursunu müdafiə edərək gördüyü işləri ictimailəşdirməklə məşğul olan dövlətyönümlü  bir saytdır. Yəni biz dövlətçiliyi təmsil edirik. Şəhidlərimizi yada salırıq, tariximizi unudulmağa qoymuruq. Keşikçidağdan ilk və yeganə reportajı biz hazırlamışıq. Azərbaycan mediasında sizinkimiləri düz yola dəvət etmək üçün #söyüştüğyanınason kampaniyasının təşkilatçısıyıq. Məhşurların  pul oxuyaraq iştirak etdikləri  məclisləri biz təmənnasız işıqlandırırıq. Yetərincə oxucumuz və izləyicimiz var. Deməli belə çıxır ki, sizin üçün bizim işıqlandırdığımız şəxslər və problemlər şampundur. Bu sizin yanaşmanızdır. Əminəm ki, aidiyyatlı yerlərdən sizin bu “təqdirəlayiq yanaşma”nın cavabı gecikməyəcək. Bir şeyi unutmayın ki, siz bu şampun dediklərinizin çörəyini yeyirsiniz. Sinənizi qabardıb adından istifadə etdiyiniz  LİDER telekanalının rəhbərliyinə isə bir həmkar tövsiyyəsi: Azərbaycanı dünyaya tanıdan sazı kimə etibar etdiyinizi bu insanın media nümayəndəsi , bir xanım, ən başlıcası isə bu Vətənə iki əsgər böyüdən ana ilə danışığına baxaraq bir daha düşünün.

Pərvin Abışova/ AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir