Şirvanda silahlı şəxslər zərərsizləşdirildi-FOTO

Baxılıb:194
Şirvanda silahlı şəxslər zərərsizləşdirildi-FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzTimes.az a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.Şirvanda silahlı şəxslər belə zərərsizləşdirildi:Avtomat, tapança... (FOTOLAR)Şirvanda silahlı şəxslər belə zərərsizləşdirildi:Avtomat, tapança... (FOTOLAR)Şirvanda silahlı şəxslər belə zərərsizləşdirildi:Avtomat, tapança... (FOTOLAR)Şirvanda silahlı şəxslər belə zərərsizləşdirildi:Avtomat, tapança... (FOTOLAR)


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir