“Azad olunmuş torpaqlarda yeni məktəblərin açılışı təhsil sahəsində olduqca əlamətdar hadisədir”

Baxılıb:271
“Azad olunmuş torpaqlarda yeni məktəblərin açılışı təhsil sahəsində olduqca əlamətdar hadisədir”

15 sentyabr tarixi ölkənin bütün məktəblərində Bilik günü kimi qeyd edildi. İnfrastrukturu yenilənən, bərpa olunan işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də yeni dərs ilinin ilk zəngi çalındı. Xüsusilə qeyd etməliyik ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı məktəb, o cümlədən Laçındakı 2 saylı məktəbin ilk şagirdlərini qəbul etməsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri fonunda təhsil sahəsində olduqca əlamətdar hadisə idi.
Deputat bildirib ki, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işləri fonunda ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin 15 sentyabr- Bilik gününü öz doğma yurdlarında yeni inşa olunan məktəblərdə qeyd etməsi hər bir azərbaycanlı üçün olduqca qürurverici idi.31 ildən sonra Bilik günün tarixi torpaqlarımızda qeyd olunması mühüm tarixi hadisədir. Bu bir daha onu göstərir ki, torpağın əsl sahibləri qayıdıb. Sevindirici haldır ki, artıq işğaldan azad olunmuş ərazilərdə məktəblər fəaliyyətə başlayıb. Həm Laçında, həm Tərtərin Talış kəndində, həm də Füzulidə keçmiş məcburi köçkünlərin övladları bu il Bilik gününü yeni məktəblərində-doğma ata- baba yurdlarında qeyd etdilər. İnanırıq ki, tezliklə bütün tarixi torpaqlarımızda “ilk zənglər” çalınacaq.Bunu Milli Məclisin üzvü Tamam Cəfərova belə deyib.


Abunəlik