Mingəçevir sakini döyüldü -DİN-dən AÇIQLAMA

Baxılıb:298
Mingəçevir sakini döyüldü -DİN-dən AÇIQLAMA

DİN- in mətbuat xidmətinin Şəki regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 14-də Mingəçevir şəhər sakini Elman Nəbiyevin Elnur Əhmədov tərəfindən döyülərək xəsarət alması ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınıb və xəsarətin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. Araşdırmanın və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


Abunəlik