“YAĞIŞI SEVMƏYƏN İNSANIN SƏMİMİYYƏTİNƏ ŞÜBHƏM VAR”-Aybəniz Abdulova

Baxılıb:269
“YAĞIŞI SEVMƏYƏN  İNSANIN SƏMİMİYYƏTİNƏ ŞÜBHƏM VAR”-Aybəniz Abdulova

Yağış yağan zaman pəncərə önündə oturub, narın yağış damcısını seyr etmək məni valeh etdiyi kimi çoxlarını bir  anlıq da olsa romantik  sevgi düşüncələrinə qərq edir. Etiraf edim ki, hamı kimi məndə yağışı çox sevirəm. Bəzilərimizə  yağış yağdığı zaman romantik sevgi hissləri yaşatdığı an, bəzilərimizə isə nifrət hisslərini  bəxş edir.

Əlbəttə, yağan yağışla bağlı hər birimizin deyə biləcək tutarlı səbəbləri vardır. Araşdırmalarıma əsasən deyə bilərəm ki,  palçığlı yolları, fasiləsiz yağaraq ətrafın gölməçələrə çevrilməsi  diqqətimdən  heç də yayınmamışdır. 

Məhz, bu səbəbdən  Bakı şəhərində  narın   sakit və bəzən isə fasiləsiz   ildırımlı yağan yağışlar paytaxt sakinlərimiz tərəfindən birmənalı qarşılanmır. 

Qeyd edim ki, yağış yağan zaman  kimi isti evində, kimi isti  iş yerində   olduğu an,  kimləri isə soyuq bir qarajda özünə sığınacaq etmək məcburiyyətindədir. 

Çox təəssüf ki, bu gün Bakıda çoxsaylı belə kimsəsiz  insanlar yaşayır. Belələri sığıncağlara  məhkum olan saysız-hesabsız cavan-gənc, yaşlı-qoca, həmçinin körpə  uşaqlardır ki, əl açıb Allaha yalvararaq yağan   yağışın kəsilməsi dua etmiş olurlar…P.S 

Xüsusi Müxbir Aybəniz Abdulova

“Arazxeber.az”


Abunəlik