XOCALI ANASI VƏ “ATA”-Elçin Rəhimzadə yazır

Baxılıb:327
XOCALI ANASI VƏ “ATA”-Elçin Rəhimzadə yazır

Dünən XOCALI QƏTLİAMININ il dönümü idi.Hər il olduğu kimi bu faciənin qurbanlarını xatırladan,Xocalı anasının timsalında Azərbaycan anasının simvolu olan “ANA HARAYI” abidəsi önünə gəldim.Bu dəfəki mənzərə mənə qəribə gəldi.ANA abidəsi önündə ATAnı gördüm.XOCALI ATASINI yox ,ATAŞŞ ləqəbli ATAnı gördüm.Öz-özümə dedim ki, aha,bir azdan bu məxluqun iyi bürüyəcək Bakı səmasını.Çox keçmədi ki,Qorxmaz Hüseynovun qarşısına çıxan ATAşı Azərsu rəhbəri sifonu çəkərək, qaldırdığı qiymətlə kanalizasiya borusu ilə yola saldı.Ya da yola verdi.Amma ətrafdan hələ də qəh…və iyi gəlirdi.Maska taxsaq belə.Sifonu çəkən Azərsu şefi getdi,bu getmək bilmədi.Hara gedir?Axı qarşıda bu qəh…və ətirli oğ…lanın missiyası var idi.Soruşacaqsız nəci-n-sin nə missiyasi?Bəs bilmirsiz ki,bu hakimiyyət elə missiyaları belə nəci-n-slərə etibar edir?!
Əlqərəz,Əli Kərimlini üfüqdə görən,mitinqdəki xanımların birinin təbiri ilə desək “ ANASI BƏLLİ ,ATASI ƏLLİ” ,qonşumuz Tofiq əminin dobermanı kimi hücum çəkdi AXCP sədrinin üzərinə.Əli Kərimli “fu” dedi təsiri olmadı,Tofiq Yaqublu “ayə,rədd ol” dedi köməy olmadı,Seymur Həzi “paşol”dedi, sakitləşmədi.Axırda olan elə Seymur Həziyə oldu.Polislər tutub apardılar.Soruşacaqsız ki,niyə Seymur Həzini apardılar?Çünki elə bayaqkı dobermanın sahibi, qonşumuz Tofiq əmi demiş “İnsanı tutmaq,azğın köpəyi tutmaqdan asandır”.
Yazıq Teymur Kərimov dedi “Ayə,Atanı qoyub,Seymuru niyə tutursuz?”.Cavabsız qalan yazıq Teymur hardan bilsin ki,onu ora göndərən,Teymurun “əmisinin” “əmisinin” ”əmisidir”.Teymur soruşur ki,“Atanı niyə tutmursuz ,səhərdən ağzina gələni danişir?”.Yaziq Teymur, hardan bilsin ki,ağzına gələni yox, ağzına alanı danışır.Teymur o an çox şeyi bilmirdi.Yazıq Teymur.İllərini mediaya həsr edən, amma Atadan az məşhur olan Teymur.Axı Teymur Atadan fərqli olaraq aləmin tanidiği məşhur adam ,Ziba deyildi.
Amma mənə maraqlısı nə Ziba,nə Teymur,nə də Teymurun “əmisi” deyildi.Maraqlısı o idi ki,ATAşın quşu tədbirə gələn yalnız Səfər Mehdiyev və Qorxmaz Hüseynova qondu.Nə Mikayil Cabbarova ,nə Kamran Əliyevə,nə Allahşükür Рaşazadəyə,nə Saleh Məmmədova ,cəhənnəmə, heç Teymurun “əmisinə” də qonmadı axı bu quş.Çünki o da başa düşürdü ki,o baş başqa başdir, bu baş başqa baş.Yəni bu şəxslər Ataşın başıyçün , yaxud da ….. 5-ci nöqtəsi üçün deyil.5-ci nöqtəsi ilə çox “atdanib-düşsə” quşunun da başını üzərlər ,elə quşunun da.
Bu mənzərəni görəndən sonra içimdə Zərdabidən üzr istəmək keçdi.Zamanında media azadlığı,söz azadlığı tələb etdiyimə görə üzr istəmək keçdi.Bu azadlığın sonunda mediaya belə qəh….və qoxulu ,qəh…..rəman oğ…lanların gələcəyini bilsəydim bu azadlığı tələb etməzdim.Dilim dilim olasan dilim.Yaxşı ki,Zərdabi bunu görmədi.Qara jiletinin üzərində, qara günə qalan pressa yazısı olan ,üz qarasını…


Abunəlik