“Xaricdə yaşayan söyüş müxalifəti fəallarına sui-qəsd məsələsi gündəmdir”-Problemlərə sürükləyən SƏBƏBLƏR

Baxılıb:294
“Xaricdə yaşayan söyüş müxalifəti fəallarına sui-qəsd məsələsi gündəmdir”-Problemlərə sürükləyən SƏBƏBLƏR

Azərbaycanda Avropa, Qərb və yerli oliqarxiyada radikal dəstək verir…

Dağlıq Qarabağ savaşı hələ bitməyib. Siyasi və diplomatik müstəvidə davam edir. Hər şey indi bir məqsədə fokuslanıb. Türkiyə-Rusiya-Azərbaycan ittifaqını necə dağıdaq?! Bu üç dövlətdən birində siyasi hakimiyyəti necə dəyişək?!.

Rusiyada Navalnıy hərəkatı ilə parlament seçkisi öncəsi qarışıqlıq salmağa başlayıblar. Narazıların böyük əksəriyyətini gənclər təşkil edir. Türkiyədə tələbə hərəkatını gücləndirməkdir məqsəd. Atrıq ilk addımlar da atılıb.

Azərbaycanda mənzərə qismən fərqlidir. Azərbaycanı mental keyfiyyətlərindən yaxalamağa çalışırlar. Məsələn, qadına olan həlim münasibətdən. Hazırki siyasi hakimiyyətə düşmən mövqedə olan radikal, Qərb və Avropa yönümlü müxaliflərlə aksiyaları davamlı etməkdir hədəf. Azərbaycan üçün təhlükəli olanı bir də bu ki, radikalların arxasında yalnız Qərb və Avropa deyil, həm də vəzifədən getmək üzrə olan yerli oliqarxlar dayanır. Bunun üzərinə bir də artıq göndərilən və ya həbs edilən oleqarxları gəldikdə, mənzərə çox qorxulu və təhlükəli şəkil alır.

Oliqarxlar üzdə bu qərarlarla razıdırlar, sakitdirlər və dövlətə sadiqdirlər. Təəssüf ki, bu “susqunluq” yeni və daha gənc siyasi komandada müəyyən arxayınlaşma yaradıb. Olmamalıdır. Anlamaq lazım ki, əslində mövcud oleqarxiya, onlara qarşı subordinasiyanı bilərəkdən pozur. Yeni və gənc məmur kateqoriyasını saymır. Prezidentə birbaşa müraciət edib, Şuşada torpaq istəmək, bunun çox aydın izahıdır. Və əslində bu məsələni efirdən qaldıran Prezident təkcə onlara deyil, komandaya da mesaj verirdi. O, indilik daha çox xalqın dəstəyinə arxayındır və bəlli xarici siyasi dairələr bunu belə hesablayır. Odur ki, şəhid ailələri, qazilər və itkinlər üzərindən dövlətə qarşı “hücum” təşkil edir. Məsələn on səkiz şəhidi səkidə dəfn edirlər. Bunu skandala çevirirlər. Dövlət başçısını həmin məsələ ilə bağlı efirlərdən aldatmaqdan belə çəkinmirlər. Ancaq nəticə xalqdan gələn dəstəklə, başqa olur. Ailələr övladlarının məzarını haqq ütdiyi məzarlığa köçürtdürür. Sonra müəyyən dramlar belə qurmaqdan çəkinmirlər. Məsələn, xəstə qadından şəhid anası obrazı yaradırlar. Üstəlik oğlanları şəhid itkin kimi təqdim edirlər. Dövləti diqqətsiz adlandırırlar. Bəli, həqiqətə söykənmiş iraddır. Məmur məsuliyyətsizliyi dövləti bu kimi məsələlərdə xeyli ağır duruma salır. Amma baxır, bu iradı dövlətə kimlər və hansı tribunalardan, necə deyir…necə dedi…

…Qayıdaq qadın məsələsinə. Azərbaycanda feminizm hərəkatı üzərindən aksiyaları başladılır. Həssas yer və təhlükəli hücumdur. Ölkədə qadın, ana baş tacıdır əslində. Bu milli mental dəyər kimi azərbaycanlılığı ifadə edir də deyə bilərik.

Dövlətin müvafiq qurumları eyforiyadan ayılsa və son feminist piketini analiz etsə görəcək ki, on milyonluq ölkədə, qırx sayt üzərindən hər gün dayanmadan azı beş qadın qətli xəbəri tirajlanır. Bu təkcə tirajlanma deyil. Bu, artıq qadın hüquqlarının pozulmasını göstərmək üçün piar işidir. Yəni qadınları qırırlar fonunu yaratmaqdır. Yəni qadın bu ölkədə heç nə, heç kimdir təqdimatını etməkdir. Bu məsələni şişirtməkdir məqsəd. “Qadın qətilləri siyasidir” deməkdir. Kimsə efirlərdən bu həyəcan təbilini çalmır. Feminizmin mahiyyətini anlatmır. Demir ki, bu ölkədə qadın vəzifədədir, şəxsi biznes qura bilir, seçir, seçilir, təhsillidir. Və tirajlanan hadisələr tərtəmiz kriminal, cinayət işidir. Ailə münaqişəsi zəminində baş verən, xoşagəlməz, dəhşətli hadisədir və dövlət tərəfindən cinayət törədən şəxs ən ağır şəkildə cəzalandırılır. Bu fonu yaradırlar ki, Azərbaycan üçün xarakterik olmayan, yeni mental dəyərlərlə daban-dabana zidd bir siyasi savaş alanı açılsın. Qadınlar mövcud siyasi hakimiyyətə qarşı çıxsın. Təsəvvür edirsinizmi bu mənzərəni, Azərbaycan qadını adından dövlətlə toqquşurlar.

Bundan başqa xaricdə yaşayan söyüş müxalifəti fəallarına sui-qəsd məsələsi də gündəmdir. Dövlıtin jurnalist Elmar Hüseynovun qətli təcrübəsi var.

Xarici maraqlar bəllidir. Haradasa anlaşılandır həm də. Hərə öz dövlət marağının müdafiəsindədir. Azərbaycana düşən iç siyasi dəstəkçi və oliqarxiya barədə görülən tədbirləri sürətləndirmək və stavkanı daha çox xalqa, az sayda milli kadrlara etməkdir. Eyni templə gənc nəsil məmurları cəsarətə və qətiyyətə çağırmaqdır. Başqa cür alınmaz çünki…

Jalə Mürəllimova /AzTimes.az/


Abunəlik