Şuranın dəstəyilə paralimpiyaçılar Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edəcək

Baxılıb:161
Şuranın dəstəyilə paralimpiyaçılar Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edəcək

Əlil İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsinə start verib.

AzTimes.az saytına  daxil olan məlumata görə, layihə çərçivəsində Bakı şəhəri, Abşeron, Şəki və Qəbələ rayonlarında oxatma idman növü üzrə paralimpiyaçı idmançıların iştrakı ilə turlar təşkil olunacaq, bu ərazilərdə yerləşən Azərbaycanın tarixi abidələri ziyarət olunacaq.

Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, milli mədəni və tarixi-memarlıq abidələrimizi tanımaq və tanıtmaq məqsədi ilə bölgələrə gəzintilər reallaşdırmaq, paralimpiya idman növlərini tanıtmaq və regionlarda yaşayan fiziki məhdud gəncləri paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətimizin inkişafında aktivlik göstərmələrinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə yardım göstərmək, sosial aktiv vətəndaşların diqqətini bu sahəyə yönəltmək kimi xüsuslar da layihənin məqsədləri sırasına daxildir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir