“İstedadlı Əlillər” İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”nin yaradılması adlı layihənin icrasına start verib.

Baxılıb:205
“İstedadlı Əlillər” İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”nin yaradılması adlı layihənin icrasına start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”nin yaradılması adlı layihənin icrasına start verib.

AzTimes.az-a daxil olan məlumata görə, Abşeron rayonunda həyata keçiriləcək layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətləri göstərmək, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirmək, valideynlərin icma əsaslı reabilitasiya haqqında məlumatlandırmaqdır.

Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət uşaqların ehtiyacı əsasında “Sosial iş”, “Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya)”, “Sosial-psixoloji dəstək”, “Sosiallaşma və ünsiyyət”, “Koqnitiv bacarıqlar və təhsil”, “Nitq problemləri”, “Hərəkət problemləri (fiziki inkişaf)” kimi sahələri əhatə edəcək.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir