Ağcabədidə icra başçısından şikayət edən şəxs məhkəməyə verilir? – İcra hakimiyyətindən AÇIQLAMA

Baxılıb:151
Ağcabədidə icra başçısından şikayət edən şəxs məhkəməyə verilir? – İcra hakimiyyətindən AÇIQLAMA

Bir neçə gündür ki, Ağcabədi rayon Qaravəlli kəndinin bir qrup sakini AzTimes.az saytına müraciət edərək kənddəki problemlər barədə şikayətlərinin ictimailəşdirilməsini xahiş ediblər. 20 aprel 2024-cü il tarixdə ” AzTimes TV” YouTube kanalında bir qrup Qaravəlli kənd sakini, o cümlədən Əbülfəz Abbasquliyev kənd ərazisində sakinlərin əziyyət çəkdiyi su, örüş torpaqlarının zəbti, ekologiyaya dəyən ziyan barədə aidiyyəti qurumlara müraciət etmiş, bu əsnada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun kəndin örüş torpaqlarını Kazım Gülmalıyev adlı iş adamına 60 min AZN qarşılığında satdığını iddia etmişdir.Məsələ ilə bağlı Ağcabədi RİH- nin hüquq məsələləri üzrə şobə müdiri Hafiz Hüseynov AzTimes.az-a bildirib ki, Rafil Hüseynova qarşı irəli sürülən ittihamlar həqiqəti əks etdirmir. Olunan ittihamlarla bağlı Ağcabədi Rayon Prokurorluğuna müraciət edilib. Əbülfəz Abbasquliyev vəzifəli şəxsin ictimai nüfuzuna xələl gətirdiyi üçün,şərəf və ləyaqətin alçaldılması ilə bağlı məhkəməyə veriləcək.


Abunəlik