“Azərsu “ASC rəhbərliyi Azad Mustafayev barədə tədbir görəcək?- VİDEO

Baxılıb:72
“Azərsu “ASC rəhbərliyi Azad Mustafayev barədə tədbir görəcək?- VİDEO

Abşeron rayonun Novxanı qəsəbəsi daha çox milyoner oliqarxlarımızın biri birilə bəhsə girərək yaratdıqları dəbdəbəli malikanələri olan yer kimi yada düşür. Bəli, belə bir 3 mərtəbəli villalardan biri də Novxanı qəsəbəsinin 7-8-in kəsiməsində yerləşən və “tikintilər kralı” kimi tanınan iş adamı Azad Mustafayevə məxsusdur. Sağlıqla yaşamasına qismət etsin. Lakin qonşuluqda yaşanların verdikləri məlumata görə A.Mustafayev villasının kanalizasiya xəttini 15000 manat xərc çəkərək 6 metr dərinlikdə qazdırararq yoldan keçən magistral kanalizasiya xəttinə qanunsuz olaraq qoşmuşdur.Azad MustafayevLakin hamıya məlumdur ki, bu zonada qəsəbənin ümumi kanalizasiya xətti hələ mövcud olmadığından kimsənin magistral xəttə qoşulmasına icazə verilmir. A.Mustafayev isə bu məslə ilə bağlı etiraf etmişdir ki, Novxanıda çoxları ( yəni imkanlı villa sahibləri) bu xəttə qoşulublar. Mən də onlardan biri. Yəni, “Azərsu”ASC-yə pulumu verib “icazə” alıb çəkdirmişəm. Necə deyərlər: ” puluna minnət”. Bəli, kifayət qədər imkanlı şəxs olan Azad Mustafayev də pulunu verib “şəklini çəkdirib”. Bir fiziki şəxs olaraq Azad Mustafayev öz rahatlığı üçün “Azərsu”ya kifayət qədər pul ödəyə bilər. Bəs görəsən fərdi bir şəxsin qanunsuz olaraq magistral kanalizasiya xəttinə birbaşa müdaxilə edərək- zədələyərək ona qoşulması qanunvericiliklə nə dərəcədə düzgündür? Videogorüntülər ictimaiyyətə təqdim olunduqdan sonra Azərsun-dan bildirildi ki, məsələ nəzarətə götürülüb, 09.04.2024-cü il tarixdə əraziyə baxış keçiriləcək. Bizə də qalır, nəticəni gözləmək. Görək mötəbər qurum tikinti kralı barədə nə tədbir görəcək.

AzTimes.az


Abunəlik