Şəfəq Ağacan azadlığının ildönümdə maraqlı paylaşım etdi-“Sözünüzdə azad olun,kimsədən qorxmayın!”

Baxılıb:1452
Şəfəq Ağacan azadlığının ildönümdə maraqlı paylaşım etdi-“Sözünüzdə azad olun,kimsədən qorxmayın!”

BakuPress Milli İnformasiya Agentliyinin rəhbəri,araşdırmaçı jurnalist Şəfəq Ağacan azadlığa çıxmasının 1 ili tamam olması ilə bağlı Fb səhfəsində maraqlı bir post paylaşıb.Bu gün münasibəti ilə Fb da digər həmkarları maraqlı fikirlər paylaşıb.Bizdə BakuPress kollektivi olaraq bu təbriklərə qoşuluruq.Azadlığınız əbədi olsun ,Şəfəq xanım.Həmin yazını sizə təqdim edirik.

“Dəyərli BakuPress izləyiciləri,Bu gün dünyaya yenidən gəldiyimin 1 ili tamam olur.17 mart mənim azadlığımın tarixidir.Azadlıq insan üçün ən dəyərli nemətdir…Azadlığa qovuşduqdan sonra ətrafımı yenidən tanıdım.Sevincimə şərik,mənə dəstək olan dostlarımda oldu,bəzi”dostlar”ında kürkünə bit saldı azadlığım.Buda keçər əsas odur mən kiməsə əyilmədən haqq sözümü deyərək bu yolu keçdim.Zindanda belə ruhum azad idi,kimdənsə qorxmadan çəkinmədən sözümü deyə bildim.Son məhkəməmdə prokurora dediyim söz bu oldu ki,”İnsanların qaranlıq tərəfinə daş atmaqdansa,arada Günəş çıxan tərəfinə boylanın ki,beyniniz azda olsa işıqlansın”Bax beləcə məhkəmə müşavirəyə gedərək mənim azadlıq hökmümü oxudu.Sözünüzdə azad olun,kimsədən qorxmayın!

Hörmətlə:Şəfəq Ağacan”


Abunəlik