QHT Agentliyinin bu özbaşınalığına nə ad verək?

Baxılıb:175
QHT Agentliyinin bu özbaşınalığına nə ad verək?


Bu quruma nəzarət edənlər niyə göz yumur?

Bir müddət öncə QHT Agentliyi qrant elanının nəticələrini açıqladı. Nəticələrdən narazı kimi bir qrup QHT Prezident Administrasiyasına şikayət etdi. Sonra hərəni bir yolla sakitləşdirdilər. Qurumun icraçı direktoru bildirdi ki, bu Müşahidə Şurasının səhvidir.
Amma bu günlərdə maraqlı mənzərə ortaya çıxır. Səsi möhkəm çıxanlara müsabiqədənkənar qrant veriblər.
Onlardan birini misal göstərirəm. Araşdıra bilərsiniz. Azərbaycan-Bolqarıstan Dostluğunun Inkişafına Yardım Ictimai Birliyinə 10 min manat verilib.
Bizim səsimiz, fəaliyyətimiz, dövlətə xidmətimiz bu təşkilatın sədri Mariya xanımdan azdır?
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində deyilir: “Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrantlar müsabiqə əsasında verilir”. Sual edirik, hardadı Mariya xanımın sonrada qalib olduğu müsabiqə elanı? Harada açıqlamısınız nəticələri?


Abunəlik