Operativ qərargahın qərarsız qərarları

Baxılıb:133
Operativ qərargahın qərarsız qərarları

Özümüz kimi əsrarəngiz üslubumuz var. Günə 26 yoluxma ilə karantinə girdik. 150 yoluxma ilə karantindən çıxdıq. 26 yoluxma ilə karantinə girəndə bütün iaşə obyektlərini bağladıq, toylara,vaylara qadağa qoyduq.150 yoluxmamız olanda isə karantini tər-təmiz yumşaltdıq.Tanışlıqla, şirinliklə bütün qurulmuş postları keçərək ölkənin o başından bu başına rahatlıqla səfərlər etdik. İnsanların parklara, xiyabanlara çıxmasına hec bir reaksiya göstərmədik. Sonra günə 350 yoluxma ilə yenidən sərtləşdirilmiş karantin rejminə start verdik. Bu elə “çiçəklənmiş inkişafımız” kimi dünyada analoqu olmayan bir tapıntı oldu.
Bütun olanların məsuliyyəti isə Operativ Qərargahın üzərinə düşür. Dünyada koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda qurum tələsik, planlanmamış, üzü astarına uymayan ,qərarsız qərarları ilə insanlarda bu faciəyə inamsızlıq yaratdı. Qərarları öz soyuducularına baxıb qəbul edərək vətəndaşları aqressiya və itaətsizliyə sürüklədi .”Evdə qal” dediyi vətəndaşın nəinki evdə qalıb nə yeyəcəyini ,hansı evdə qalacağını belə düşünmədi.
Prezident ilk gündən bi məsələyə həssas yanaşdı. Onun təşəbbüsü ilə yaradılmış fonda ianələr vasitəsi ilə yetərincə məbləğ toplandı. Hətta özü və birinci xanım belə bir illik maaşlarını fonda bəxşiş etdilər ki, başqalarına örnək olsun.
Amma bəzi mətbu orqanlar fonda yığılan pulun hələ xərclənmədiyini deyir. Bəs nə vaxt??? Maddi sıxıntısı olan insanları evlərə qapatmaqla bu pandemiyanı önləmək mümkünsüzdür. Bu ovuc icində selikli maddəni sıxmağa bənzəyir. Hansı tərəfi çox sıxsan, digər tərəfdən bir yer tapıb axıb töküləcək. Eynilə ehtiyacı olan insanlar da . Hər tərəf öz marağı üçün çalışacaq. Bir tərəf “evdə qal”deyəcək, o biri tərəf isə ehtiyaclarını ödəmək üçün çölə qacacaq ki ,evimə bir parça aparım. Beləliklə də koronovirus ölkəni iflic edəcək. Tələfatları necə deyərlər ,yığıb-yığışdırmaq olmayacaq.
Operativ qərargah, bu vaxta qədər xalq sizin çaldığınıza oynadı. İndi isə siz xalqın təlabatlarını artıqlaması ilə ödəyərək onların evlərinə çəkilərək fərdi qaydada qorunmalarını təmin etməlisiniz. Bu vaxta kimi xalq dövlət üçün çalışdı. İndi isə dövlətin və hakim dairələrin xalqa xidməti zamanı. Yalnız o zaman can alan koronavirusun canını ala bilərik.
Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir