Novruz Məmmədov bu teatrlarla bağlı QƏRAR VERDİ

Baxılıb:260
Novruz Məmmədov bu teatrlarla bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.

AzTimes.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin”, – deyə sənəddə bildirilir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir