Şəhid Fizuli Salahov haqqında filmin təqdimatı oldu-Mehriban Sadıqova yazır

Baxılıb:771
Şəhid Fizuli Salahov haqqında filmin təqdimatı oldu-Mehriban Sadıqova yazır

Çox çətin , lakin şərəfli bir yola çıxdıq. Şəhidlərimizi yaşatmaq , onların qəhrəmanlıqlarını gənc nəsilə çatdırmaq üçün idi bu yol. Ağrılı idi idi , göynərtili idi , amma çox şərəfli idi. Hər şəhid ailəsi ilə görüşdükdə , onların doğmaları və əzizləri ilə birgə yaşadıq keçmişləri…Sanki illərin yaxınları kimi doğma və əziz oldular bizə. Keçmişləri ilə yaşadıq, bu günləri ilə düşündük və gələsəkləri kimi fikirləşdik.Ən zərif hisslərini, içlərindəki istək və arzuları açdılar bizə . Qəhrəmanımızın həyatının bütün cizgilərini dinlədik .Və bəzən onun atası, bəzən anası, bəzən bacısı , bəzən qardaşı ,bəzən həyat yoldaşı və bəzən övladı olmağa çalışdıq. Bacardıq ya bacarmadıq , bilmirəm. Amma bilirəm ki, onlar bizə çox doğma və əziz oldular.” Əbədiyyət üfüqünün günəşi” filmimizin qəhrəmanı – şəhid baş gizir Füzuli Salahovun ömür yolunu, qəhrəmanlıq tarixini, döyüş yoldaşlarının və yaxınlarının onun haqqında xatirələrini işıqlandırmağa , şərəfli ömür yolunu , igidlik və rəşadətini verməyə çalışdıq. 25 illik hərbi xidmət keçmiş , müdavimlikdən kursant,taqım komandirinin müavini,tank əleyhinə Batereyanın baş çavuşuna qədər yüksələn,əvvəlcə gizir , sonra baş gizir olan , döyüşlərdə göstərdiyi şücaətə görə şəxsən Ali Baş komandan tərəfindən mükafatlandırılan bir qəhrəmanın.. Qəlbi Vətən eşqi ilə döyünən, Şəhadətə fəxarət hissi ilə hazır ola bilən bir insanın …Bu yolda bizə müqəddəs şəhid ruhu kömək oldu. Gözəgörünməz bir qüvvə ilə əlimizdən tutdu. yol göstərdi , istiqamətimizi müəyyənləşdirdi.Elə anlar oldu ki. ssenaridə nəzərdə tutduqlarımı deyil .onun haqqında yuxumda gördüklərimi canlandırdıq. Onun igidliyi müqabilində həzərladığımız film bir az sakitləçdirdi bizi. Heç bir maliyyə dəstəyi olmadan, filmin müəyyən kadrlarını çəkmək üçün bir neçə gün pul toplayıb , yola çıxdıqdığımız vaxtlar da oldu , aclıq hissinin yadımıza belə düşmədiyi zamanlar da. Rayondakı çəkilişdən gələrkən, gec olduğu üçün həyacan keçirdiymiz vaxtlar da…Lakin bu deyilənlər onun qəhrəmanlığının timsalında çox cılz və zəif idi. Filmin nümayişindən sonra, Şəhid anası – artıq mənim də anama çevrilmiş Sevda ananın , bu gün bacım deyərək fəxr etdiyim həyat yoldaşı Xəyalə xanımın, bacıları ( mənim də bacılrım) Vüsalə , İlahə və Ayselin üzlərindəki minəttarlıq hissi . atasının qəhrəmanlıq yolunun davamçısı olan .” Salam Vətən, salam ana” – deyən Nihatımın fəxarətli baxışları haqq yolunda olduğumuzdan xəbər verdi. Və beləcə bu vicdan borcumu verdiyimə görə bir az rahatlandım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Şabran rayon İcra Nümayəndəliyinə , Şabran hərbi komissarlığına, Şabran Tarix Dövlət Diyarşünaslıq muzeyinə, Gəndov kənd orta məktəbinin şagird və müəllim kollektivinə öz təşəkkürümü bildirmək istəyirəm. Filmdə ecazkar səsi ilə kadrlara bəzək qatan Müşfiqə Baləddinqızının , şeirləri səsləndirilən şairlər Müşfiqə Baləddinqızının , E. Məmmədovaun , E.Mətləbəin adlarını xüsusi qeyd etmək istərdim. Musiqi tərtibatçımız Orxan Elmanoğluna , səsləndirmələyə görə Fuad Sadıqova , texniki dəstəyə görə həmişə yanımızda olan Hacı Rövşən Əhmədliyə minnəttarlığım sonsuzdur. Və ən böyük təşəkkürüm gecə , gündüz bilmədən bu filmin ərsəyə gəlməsinə çalışan quruluşcu rejissor E. Ağamalıyevə təşəkkür edirəm. Bu E. Ağamalıyevlə mənim birgə layihəm idi və güman edirəm ki, çox uğurlu da alındı. Sonda isə filmimizə baxan və baxacaq bütün insanlara sonsuz təşəkkürlər…

Mehriban Sadıqova /AzTimes.az/

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir