Niyə qadın özünü həmişə qurban verir

Baxılıb:204
Niyə qadın özünü həmişə qurban verir

Əslində, sevdiyimiz insana görə fədakarlıq təəssüf ediləcək səhvdir. Ərinin planları naminə şəxsi planlarından imtina etmə Azərbaycan ailələrində normal haldır. Çox zaman qadın karyera və təhsilini əri naminə qurban verir. Belə acı haqsızlığın dərki isə çox illərdən sonra olur. Qurban – qadının ikinci adıdır. Qadınların fanatik həzzlə özlərini kişilərə qurban vermələrinin bir neçə səbəbi vardır. Min illərlə qadınlara ikinci dərəcəli insan, kişinin qabırğası kimi baxıblar. Belə münasibət hələdə bir sıra ölkələrdə qalmaqdadır. Biz ana və nənələrimizin fədakarlığını görərək böyümüş və şəxsi maraqlarımızın ön plana qoyulmasının “eqoizm” olduğuna inanmışıq.

Əri üçün qadın fədakarlığı hünərdir yoxsa həyatın məhvi. Bəzən belə fədakarlığın arxasında öz gələcəyini qurmaq istəyinin olmamasıdır. Passiv rol və cavabdehliyin yoxluğu qadını razı salır. Əlbəttə, özünü qurban verən qadın istəyir ki, bu, kişi tərəfindən yüksək qiymətləndirilsin. Amma təcrübə göstərir ki, bu halda qadının özünə hörmət və sevgisi azalır, unikallığı iti, boşluq yaranır. Adətən bu, depressiya ilə nəticələnir. Həyatından narazılıq qadının özünüqiymətləndirməsini aşağı salır. Tədricən bu qəzəb yaxınlara, ilk növbədə ərə keçir. Özünüzü itirməklə siz əriniz üçün maraqsız olacaqsınız, uzaqbaşı o, yanınızda sizə yazığı gəldiyi və ya fədakarlıq üçün qalacaq. Qadın – qurbana çevrilməmək üçün ilk növbədə bu hissə nofrət etməlisiniz. Sizin üçün vacib olan adam, məşğələ, maraqların siyahısını hazırlayın. Həyatınızı özünüz maraqlı edin, bunu ərinizin etməsini gözləməyin.Özünüzü qurban vermiyin həyat gözəldi yaşamağa dəyər.

P.S. Sizcə niyə qadınlar daim özlərini qurban verirlər və bu nə qədər düzgündü?


Emin Xuduyev AzTimes.az


Abunəlik