Məktəbə yeni başlayan uşaqların valideynlərinə psixoloq tövsiyələri

Baxılıb:256
Məktəbə yeni başlayan uşaqların valideynlərinə psixoloq tövsiyələri


Bəli artıq 1-ci sinif uşaqları dərslərinə başladı. Əziz
valideynlər,hazırsınız mı? Yazmaq,oxumaq gəlir. “Tutu topu tut”,”
Ana nar al” və s. Əlbəttə dərslərin başlaması ilə ailə və uşaq
arasında ciddi münasibət pozulmalarına yol açan tapşırıqlar da
başlayır. Buna görə də siz valideynlər zəhmət olmasa
“ Tapşırıq,tapşırıq,tapşırıq”deyən valideynlərdən olmayın.
Uşaqlarınızı anlayın. Onlar yenicə parta arxasında oturmağa
başlayırlar. Əvvəllər sinifdə rahatca gəzib,dostlarıyla söhbət
edib,oyun oynarkən birdən dərs boyunca oturmaq,dərsdə
danışmamaq,evə tapşırıq gətirmək kimi dəyişiklikləri bir arada
yaşayırlar. Tapşırıq mövzusunda diqqətlərini sadəcə 15 dəqiqə
toparlaya bilirlər. Tapşırıqlarını yerinə yetirərkən bunu nəzərə alın.
Tapşırıqları çətinliyinə görə 3-4 yerə bölün.15 dəqiqədə edəcəyi
yerlər aydın olsun. Qurtaranda yoxlayın,doğru
etməyibsə,hirslənməyin,harda səhv etdiyinə baxın. Çox sıxılıbsa,10
dəqiqə qısa bir ara verin. Əgər tapşırığı qurtarıbsa,mütləq
motivasiya edib,tərifləyin.Hətta etdiyi ən gözəl tapşırıqları
sərgiləmək üçün evinizdə bir guşə belə düzəldə bilərsiniz. Heç
etmək istəmirsə,qorxudaraq etdirməyin. “Tapşırıqların sənin
üzərində,etmək istəmirsənsə,etməyə bilərsən,amma etsən çox
daha yaxşı olmaz mı? Sabah müəllimən tapşırıqları yoxlayanda
utana bilərsən və inkişafın üçün etməyin daha faydalıdır”.-deyə
bilər və uşağınızın xəbəri olmadan bu vəziyyət barədə müəlliməsilə
danışa bilərsiniz.Əgər heç etmək istəmirsə,bir gün icazə verin
tapşırıqlarını etmədən getsin və o utancı hiss etsin.Müəllimə ilə iş
birliyi qurun. Uşağınızın uğurlu gələcəyi və oxuması üçün bu
vacibdir.
Zəhmət olmasa,çox mükəmməliyətçi olmayın. Bu sizi və uşağınızı
stressə salar.Hələ yolun başındasınız. Birlikdə addımlayacağınız o
qədər yol var ki..

Xəyalə Quliyeva AzTimes.az


Abunəlik