Dini və elmi fantaziya-Ramin Musayev

Baxılıb:427
Dini və elmi fantaziya-Ramin Musayev

Dinə verilən təriflərin əksəriyyətində adətən onu obyektiv gerçəkliyin fantastik inikası adlandırırlar.Həqiqətən də dini inikasda yer üzərindəki real qüvvələr səma qüvvələri ,yəni fövqəltəbii şəklini alır.Beləliklə,insanlar üzərində hökmranlıq edən real qüvvələr onların dini şüurunda yanlış əks edilir,təhrif edilir.Fövqəltəbii qüvvələrin mövcudluğuna inam ,onlara pərəstiş hər cür dinə xas olan əsas xüsusiyyətlərdir.Məhz bu da dini ictimai şüurun digər formalarından fərqləndirən başlıca spesifik cəhətdir. Dini ehkamlar təbiətdə və cəmiyyətdə baş verən hadisələri obyektiv və maddi səbəblərlə deyil ,guya təbiətdən xaricdə mövcud olan fövqəltəbii qüvvələrlə izah edir.Daha dogrusu ,dini dünyabaxışında maddi aləmin ,yəni gerçəkliyin qanunauyğunluqları ,hadisə və səbəbləri fantastik bir şəklə salınır. Müqəddəs kitablarda elə bir dini hökm ,hədis və rəvayət yoxdur ki ,orda fantastik təsəvvürlərə istinad edilməsin. Dini fantaziyaların çoxunda Allahlardan ,müxtəlif vəzifə icra edən mələklərdən və ruhlardan ,axirət dünyasından və s. bəhs olunur. Burda istər istəməz yerdəki real cisim və hadisələrin ünsürlərindən istifadə olunur.Lakin bu real ünsürlər elə nisbətdə uydurma səma qüvvələrinə aid edilir ki,nəticədə reallıq deformasiya olunur,qeyri təbii şəklə salınır. Məsələn qədim yunan cəmiyyətində yayılmış olan politezm (çoxalllahlılıq) dini ilə əlaqədar bizim dövrə qədər saxlanılmış əsatirlərdə təsvir olunan allahların həyat tərzi ,onların arasındakı münasibət qədim yunanların real həyatına və adətlərinə oxşayır.Image result for yunan allahlarıƏsatirlərdəki ilahi personajlar və allahlar yunan əsilzadələrini xatırladır, onlarda da şöhrətpərəst ,lovğa ,qisascıl süsusiyyətdədirlər. Yunan allahlarının da arasında çəkişmələr vardır və onların heç də hamısı eyni dərəcəli deyildir ,agalıq və tabeçilik münasibətləri allahlar arasında da mövcuddur. Bir sözlə ,qədim yunanların baş Allahı Zevsin Olimpiya dağlarındakı ilahi səltənəti yunan hökmdarlarının göylərə köçürülməsi səltənətinin surətindən baçqa bir şey deyildir.Image result for zevs Monoteist dinlərdə ,xüsusən islam dinində Allaha aid olunan sifətlər də ,əsasən,antropoloji -bəşəri xarakter daşıyır.Deməli ,hər bir fövqəltəbiilikdə və dini fantaziyada bütün hallarda yerdəki real cisim və hadisələrdən istifadə olunur.Bu da onu insan təxəyyülünün məhsulu olması anlamına gətirir. Rəvayətlərin birində deyilir ki ,”Məhəmməd bir dəfə səhrada kökündən qurumuş bir agacın altında dirsəklənmiş, o,azca yuxuya gedən kimi guya onun nurundan dərhal agac cana gəlmiş ,yarpaq və çiçək açmışdır.Ətraf isə yaşıl bir çəmənliyə çevrilmiş ,hətta agacın kökündən sərin suyu olan bir çeşmə də peyda olmuşdur.”Related image Göründüyü kimi bu əhvalat adicə bir fantaziyadır,ancaq real həyatdan götürülüb.Fantaziya olan bu rəvayətdə həm də sərt iqlim şəraiti üzündən yaşıllıq ,sərin su və s.nemətlərin həsrətini çəkən ərəblərin ,həmçinin digər şərq xalqlarının arzuları da nəzərə alınmışdır. Cəhənnəmin isti olması da elə ərəblərin istidən qorxması ,cənnətdə isə arzuladıqları kimi agaclar altından axan çaylar və kölgəli agaclar təsəvvür edilir. İlahiyyatçıların fikrincə ,dində inam bəslənilən fövqəltəbii mövcudluqların ,o cümlədən Allahın reallığını ancaq daxili etiqad və mistik “nurlanma”nın köməyi ilə yəqin etmək mümkündür. Əlbətdə folklorda da ,incəsənətdə də ,bədii ədəbiyyatda da bu fövqəltəbii təsəvvürlər vardır. Məsələn: div,iblis, əjdaha və s. Lakin burda işlədilən bu obrazlar estetik cəhətdən poetik məna kəsb etmiş ,və hətta dini anlayışlara da poetik məna verilir. Bu mənada elmi və bədii fantaziyalar insanı gerçək aləmdən ,real həyatdan ayırmır ,əksinə təbiətin qanunlarını öyrənərək ,əməl fəaliyyətini yüngülləşdirməyə ,onu daha da real düşünməyə və yaşamaga səsləyir. Düşünmək istəməyən “kütlə “isə əziyyət çəkmək istəmir,göydən hazır “zənbil “gözləyir. Beləliklə ,dini şüur xəyali ümid hesabına “xoşbəxt “olur .

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir