Bağçalara qəbul dayandırılır

Baxılıb:124
Bağçalara qəbul dayandırılır

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Bu barədə   Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Səbəb 1-15 sentyabrda qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.


Abunəlik