Abşeron rayonunda bu ərazidə insanlar su vasitəsi ilə kütləvi zəhərlənir- VİDEO

Baxılıb:413
Abşeron rayonunda bu ərazidə insanlar su vasitəsi ilə kütləvi zəhərlənir- VİDEO

AzTimes.az xəbər verir ki, Abşeron rayon “Yoncalıq” deyilən bu ərazidə təxminən 8-9 min ailə yaşayır. Bundan əlavə 6 saylı tam orta məktəb burada yerləşir. Ərazi başdan ayağa zibilliyə çevrilib. Əraziyə zibil qabları yerləşdirilmədiyindən sakinlər zibili Azərsuyun ana xətti olan əraziyə tökür. Su xətti yararsız olduğundan suyun verilməsində fasilələr yarandığı zaman üzəri açıq olan xətt vasitəsi ilə bütün üfunətli maye xətlərə dolur, evlərə paylanır. Bununla da sakinlər tədricən zəhərlənir.
Məsələ ilə bağlı bələdiyyə sədri ilə əlaqə saxladıq. O bildirdi ki, “Yoncalıq” deyilən əraziyə hər gün zibil maşınları gəlir və ərazini təmizləyir, yaxın vaxtlarda- bu həftə ərzində yeni zibil qabları yerləşdiriləcək. Bundan başqa Azər Vəliyev sakinlərin özlərindən də çox amilin asılı olduğunu bildirdi. O bildirdi ki, zibil yesikləri olsa belə bir çoxu ərazini zibilləməyə meyllidir.


Abunəlik