Rüşvət bataqlığındakı GDU-dan yenə şikayət: Universitetdə nələr yaşanır?

Baxılıb:84
Rüşvət bataqlığındakı GDU-dan yenə şikayət: Universitetdə nələr yaşanır?

Uzun illərdir ki, adı mətbuatın gündəmindən düşməyən Gəncə Dövlət Universitetində (GDU) qəribə hadisələr baş verir. Ali təhsil ocağı haqqında mətbuatda mütəmadi olaraq məlumatların yer alması artıq rəhbərliyi ciddi şəkildə narahat etməyə başlayıb. Elə bu səbəbdəndir ki, rəhbərlik bunun qarşısını almaq üçün bəzi addımlar atmağa məcbur olub.Buna baxmayaraq, dəfələrlə Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti pezidentə müraciət edərək universitetdəki qanunsuzluqlardan şikayətləniblər. Amma müəllimlər GDU-dakı repressiyalar ucbatından adlarının anonimliyinin qorunmasını və müraciətlərinin dərc olunmağını artıq dərəcədə xahiş ediblər.Ona görə də zaman-zaman adı müxtəlif hadisələrlə gündəmə gələn Gəncə Dövlət Universiteti ilə bağlı yeni məlumatlar yayılıb. Amma biz müəllimlər bu dəfə də təzyiqləri nəzərə alıb adımızın hallanmasını istəmirik. Çünki adımızı bilsələr, bizi işdən uzaqlaşdıracaqlar. Biz isə məcburuq yazmağa, çünki ali təhsil ocağı olan GDU həm də utanc mənbəyinə çevrilib. Müəllimlər yazırlar ki, GDU-nun rektoru Yusif Yusibovun “burda mənəm, Bagdadda kor xəlifə” prinsipi ali təhsil ocağını fəlakətə aparır. Korrupsiya və rüşvət mənbəyinə çevrilən ali təhsil ocağında daxili idarəetmədə isə tam bir anarxiya yaranıb. Məsələn, ötən şikayətlərimizdə ali təhsil ocağında qeyri-əxlaqi hərəktlərlə bağlı şikayətimizdə də qeyd etmişdik ki, GDU-da rəzalət yaşanır. Bir qrup müəllim rektora şikayət edərək ali məktəbin adını ləkələyən əməllərə son qoymağı tələb etsə də, buna məhəl qoyan olmayıb.

Mübriz Yusibov.

Məsələn, filologiya fakültəsinin professoru, sabiq rektor Mübariz Yusibov özünü az qala kral kimi aparır. Kafedrada müəllimlərə göz verib, işıq vermir, onların öz elmi naliyyətlərini inkişaf etdirməyə mane olur. Professor ayrı-seçkilik edir, müdafiə etmək istəyən digər filoloqlara maneə yaradır, bütün işlərini və səlahiyyətlərini də elmi rəhbəri olduğu, ingilis dili kafedrasının müəlliməsi Türkan Cəlilovaya həvalə edib, professordan işi keçənlər ilk növbədə Türkan xanımdan icazə almalıdırlar.

Türkan Cəlilova

Onun Türkan Cəlilovaya xüsusi diqqət ayırması və bu davranışları Universitetdə ciddi narazılıq yaradıb və söz-söhbətlər artıq GDU rəhbərliyinə qədər gedib çatıb. Hətta ətrafı ona dəfələrlə xəbərdarlıq etsə də, Türkan Cəlilova heç kəsə məhəl qoymur, özünü az qala kafedranın müdiri kimi aparır. Çalışır ki, bütün müəllimlər sıxışdırılsın, yalnız özü kafedranın və professorun sevimli və öndə olan müəllimi kimi görünsün. Onların bu isti münasibətləri isə universitetdə haqlı olaraq mübahisə və şikayətlərə səbəb olur. Şikayətçilər deyirlər ki, bu hərəkətlər Mübariz Yusibovun ilk davranışı deyil, əvvəllər də o, rus dili kafedrasının müəllimi Kəmalə Əhmədova ilə yaxın olub və ona vəzifə verib, digər müəllimlərin və gənc kadrların sıxışdırılmasına səbəb olub. Hətta Gəncə Dövlət Universitetinin rəhbərliyindən bu məsələyə münasibət gözləyən şikayətçilər ümid edirlər ki, hər iki müəllim öz hərəkətlərinə son verəcəklər.

Kəmalə Əhmədova

Onlar ötən həftə baş verənlərlə bağlı ölkə başçısına və iqtisadiyyat naziri Milayıl Cabbarova da GDU ilə bağlı şikayət ünvanlayıblar. Mübariz Yusibov uzun müddət Yeni Azərbaycan Partiyası Gəncə Təşkilatının sədr müavini, idarə heyətinin üzvü olub.Hazırda Ağsaqqallar Şuranın İdarə Heyətinin üzvüdür.Yeni Azərbaycan Partiyasının üzvü olan bir alimin bu cür davranışları şübhəsiz ki, qəbulolunmazdır. Necə ki bir müddət öncə universitetdəki davranışlarına görə YAP üzvü Hüseynbala Mirələmov elə YAP-ın özü tərəfindən cəzalandırıldı və universitetdən də, partiyadan da xaric edildi. Yəqin ki, GDU rektoru Yusif Yusibov da, keçmiş rektor Mübariz Yusibov da baş verənlərdən dərs çıxaracaq.Ümid edirəm ki, dəyərli media orqanları da bizim bu şikayətlərimizə biganə qalmayacaqlar. Hörmətlə, Mələk Abbasova – GDU


Abunəlik