Həssas qrupdan olan lider qızlar Naxçıvan MR-na səfəri

Baxılıb:252
Həssas qrupdan olan lider qızlar Naxçıvan MR-na səfəri

AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə ” Heydər Əliyev İli ” çərçivəsində ” yeniyetmə qızların liderlik və motivasiya məktəbi ” layihəsinin açılış mərasimi üçün Naxçıvan Muxtar Respublikasına səfər başlandı.Layihə çərçivəsində AUİB-nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 11 nəfərdən ibarət həssas qrupdan olan lider qızların Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev Muzeyi ilə tanışlıq,həyat və yaradıcılığına həsr olunmuş stendlərə baxış,rəsmi dövlət qurumlarının rəhbər şəxsləri ilə görüş,Qızlar litseyi və Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzinə eləcə də tarixi mədəniyyət abidələrinə səfərlər planlaşdırılıb.Layihədə təşkilatı məsələlərə görə Ağaoğlu Araşdırmalar Birliyinə və APF Şirkətlər Qrupuna təşəkkür edirik.


Abunəlik