Şəhid Cəfər Cəfərlinin xatirəsinə həsr olunmuş tədbir keçirildi

Baxılıb:220
Şəhid Cəfər Cəfərlinin xatirəsinə həsr olunmuş tədbir keçirildi

Vətən müharibəsində qəhrəmanlıq göstərən, torpaqlarımızın azadlığı uğrunda canından keçən mərd oğullarımızdan biri də Cəfər Cəfərlidir.


Cəfərli Cəfər Babacəfər oğlu 1999-cu il, dekabrın 11-də Yardımlı rayonunun Avun kəndində anadan olub. 2018-ci ildə Azərbaycan Ordusu sıralarına yazılan Cəfər Cəfərli hərbi xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq qulluq etməyə qərar verib.

O, Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda döyüşüb. Qubadlı uğrunda gedən döyüşdə yaralansa da, sağalandan sonra yenidən cəbhəyə qayıdıb.

Cəfər Cəfərli noyabrın 3-də Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olub. Nəşi şəhadətindən 40 gün sonra tapılan şəhid 14 dekabr, 2020-ci ildə doğulduğu Avun kəndində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəfər Cəfərli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

14 dekabr tarixində Yardımlı rayonunda Avun kəndində şəhidimizin üçüncü il dönümü ilə əlaqədar kənd ictimaiyyəti və yaxınları onun məzarını ziyarət etmişlər. Şəhidlərin xatirəsi daim uca tutulacaq.


Abunəlik