210 saylı məktəbdə giriş qapı bağlandı:”Şagirdlər güllərimi əzir”

Baxılıb:128
210 saylı məktəbdə giriş qapı bağlandı:”Şagirdlər güllərimi əzir”

AzTimes.az xəbər verir ki,  görüntülər  sosial şəbəkələrdə  yayılıb.
Nizami rayonu 210 saylı tam orta məktəbin rəhbərliyi məktəbə giriş qapılarından birini bağlı saxlayır. Amma magistral yola yaxın olan qapı açıq olur. Bu isə şagirdlərin həyati təhlükəsinə zəmin yaradır. Cünki həmin yolda avtomobillərin sıx hərəkəti müşahidə olunur. Valideyn nəzarətindən kənar olaraq məktəbə davam edən azyaşlilarin bu yoldan istifadəsini nəzərə alsaq, olanları təsəvvür etmək çətin deyil.


Valideyin ” qapını niyə bağlamısınız?”sualına cavab olaraq rəhbərlikdən bildirilib  ki, uşaqlar güllərimi əzir, ona görə belə qərar qəbul eləmişəm. Bunu biz yox, valideynlər deyir.
Həqiqət  Gulaliyevanın verdiyi qərar şagirdləri təhlükə altında qoyur. Çünki, şagirdlər bağlanmış qapının üstünə çıxaraq oradan hərəkət etməyə üstünlük verir, həmin ərazidə çəkilən görüntulərdən də görmək olur ki, ərazidə nə nəzarətçi , nə də növbətçi müəllimlərdən heç kim nəzərə çarpmır.Bu gedişlə baş verəcək bədbəxt hadisələrə şahid olmamaq üçün  aidiyyəti qurumların hərəkətə keçməsi mütləqdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Abunəlik