Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən beynəlxalq konfrans baş tutdu

Baxılıb:250
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən beynəlxalq konfrans baş tutdu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində növbəti panel sessiyası baş tutub.

Panel sessiyasında məişət zorakılığının qarşısının alınması və reabilitasiya tədbirlərinin həyata keçirilməsində QHT-lərin rolu mövzusunda “Azərbaycan Uşaqları”İctimai Birliyinin sədri Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə çıxış edib.

O, çıxışı zamanı zorakılığa məruz qalmış şəxslərin, xüsusilə qadınların, uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası məsələlərinə toxunub, xüsusilə bu prosesdə ilkin qiymətləndirmənin və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Digər çıxışlarda da qeyd edilib ki, dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə əməkdaşlığının gücləndirilməsi cəmiyyətdə mövcud problemlərin həll olunmasında mühüm rol oynayacaq, həmçinin zərərçəkmiş şəxslərin hüquqlarının daha etibarlı qorunması sahəsində əlaqəli və koordinasiyalı şəkildə göstərilən fəaliyyət daha uğurlu nəticələrə gətirib çıxaracaq.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Abunəlik