Qadını soyan gənc 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən SAXLANILDI

Baxılıb:243
Qadını soyan gənc 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən SAXLANILDI

AzTimes.az xəbər verir ki, Səbail RPİ-nin və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat- axtarış tədbiri nəticəsində Səbail rayonu Badamdar qəsəbəsində narkotik vasitələrin təsiri altında soyğunculuq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılib.Zərərçəkən paytaxt sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq mobil telefon vəicərisində sənədləri olan pul kisəsini ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Səbail Rayon Polis İdarəsinin və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü İmamverdi Axundov saxlanılıb. O, ifadəsində hadisədən əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir.
Faktla bağlı toplanan material baxılması üçün istintaqa gondərilmiş, araşdırmalar davam etdirilir. İ.Axundovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.


Abunəlik