“Bayağı verilişlər yenə at oynadacaq, yoldaş Roşka!”- Həbibə Abdulladan möhtəşəm yazı

Baxılıb:304
“Bayağı verilişlər  yenə at oynadacaq, yoldaş Roşka!”- Həbibə Abdulladan möhtəşəm yazı

AzTimes.az xəbər verir ki, bunu jurnalist Həbibə Abdulla şəxsi “Facebook” hesabında yazıb. Son vaxtlar efirləri və ictimaiyyətin həyatının böyük hissəsini zəbt etmiş sosial proqramlara dəvət edilən bir qrup təsadüfi insanlar bu verlişlər vasitəsi ilə cəmiyyətə “ekspert kimi sırınır. Maraqlıdır, görən lahiyə rəhbərləri , aparıcılar dəvət etdikləri “ekspertlər “i hansı xüsusiyyətlərinə görə efirlərə dəvət edirlər? Həbibə Abdullanın paylaşımını olduğu kimi sizə təqdim edirik:

Bəzi sənət adamları yaddan çıxanda qalmaqallı açıqlamaları ilə gündəmə gəlməyə çalışırlar. Bəziləri də ona-buna “ilişməklə”. Tahir İmanov da ikinci variantdan yararlanıb. İnternet TV-lərin birinə müsahibəsində həmkarı, uzun illər eyni səhnədə oynadığı Murad Dadaşovu tənqid edib. Dadaşovun “Maariflənmə vacibdir, amma mən ayın sonunda 600 nəfərin maaşını da verməliyəm” fikrinə qarşı çıxan yoldaş İmanov buyurub ki, “Maariflənmə vacibdir”dən sonra vergül yox, mütləq nöqtə olmalıdır. Haqsızdır demirəm, amma nöqtə ilə də razılaşmıram. “Maariflənmə vacibdir!” olmalıdır. Amma hazırda TV-lərdə şou proqramların “at oynatması” nəticədir, səbəb deyil, yoldaş İmanov! Zəhmət çəkib cənab Prezidentlə görüşəndə babanın adına küçə istəməkdənsə, bu məsələyə toxunardınız. TV-lərdəki şou proqramların maariflənməni, maarifləndirici verilişləri kölgədə qoymasına nə qədər mənfi təsiri olduğunu bilən adama oxşayırsız. Bu məsələni qaldırardız ölkə başçısının qarşısında. Əminəm ki, reaksiyası daha müsbət olardı.Yaxud əlinizdə olan imkanlardan, istedadınızdan bu istiqamətdə istifadə edə bilərsiniz. Çarx çəkə bilərsiniz, çıxdığınız verilişlərdə daim bu məsələdən bəhs edə bilərsiniz, özünüz şou verilişləri boykot edə bilərsiniz. Təbii ki, dərdiniz həqiqətən də maariflənməkdirsə. Yoxsa TV-lərin içində az-çox abırlısına “ilişməklə” gündəmə gəlmək də elə şoudur. Murad Dadaşovun dediklərini inqor etməklə hansısa dəyişikliyə nail olmaq olmaz. O bir TV adamı kimi problemin kökünə toxunub. Diqqəti ora yönəltmək lazımdır. Əks halda TV-lərdə şou, bayağı verilişlər və bayağı filmlər yenə at oynadacaq, yoldaş Roşka!


Abunəlik