H.ƏLİYEV FONDUNUN TİKDİYİ UŞAQ BAĞÇASINI SATAN ALÇAQ KİMDİR?

Baxılıb:345
H.ƏLİYEV FONDUNUN TİKDİYİ UŞAQ BAĞÇASINI SATAN ALÇAQ KİMDİR?

Məlumat üçün bildirək ki, Cəlilabad rayonunda 2015-ci ilin Dekabr ayının 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni ikimərtəbəli bina istifadəyə verilmişdir.


AzTimes.az xəbər verir ki, həmin tarixdə istifadəyə verilən bağçada 16 otaqdan ibarət olan binada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.

Təşkil olunmuş 4 qrupun hər birinin məşğələ, oyun, gimnastika zalları, kompyuter, yataq otaqları və yeməkxa ilə təmin olunub.

Lakin sonradan, təxminən 2020-ci ildən baxçanın yerləşdiyi binanın ikinci mərtəbəsi, yəni nəzərdə tutulmuş 16 otağın 8-i rayonda fəaliyyət göstərən hazırlıq kurslarında birinə icarə verilib.
Saytımıza müraciət edən rayon sakinləri bildirib ki, artıq 5 saylı uşaq baxçası qeyd olunan binada fəaliyyət göstərmir, baxçanın binası bütöv şəkildə hazırlıq kursuna verilib.


Mənbə qeyd edir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxça başqa bir sahibkara satılıb. Hələlik bu cürət sahibini müəyyən edə bilməmişik. Görəsən bu məmur kimdir ki, H.Əliyev Fondunun təşəbbüsü ilə tikilib uşaqların istifadəsinə verilmiş 2 mərtəbəli binadan bağça uşaqlarını qovub obyekti dədə malı kimi satıb arvad-uşağına pul qazanıb.

Hal hazırda Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası rayonun başqa bir ünvanında köhnə bir tikilidə fəaliyyət göstərir.
Görəsən, strateji olan bir əmlakı satan simasız məmur kimdir?

Mövzuya qayıdacağıq
İfadetv.com

İstinad olunan mənbələr:

1. https://heydar-aliyev-foundation.org/az/content/view/72/4229/C%C9%99lilabad-%C5%9F%C9%99h%C9%99rind%C9%99-5-n%C3%B6mr%C9%99li-k%C3%B6rp%C9%99l%C9%99r-evi-u%C5%9Faq-ba%C4%9F%C3%A7as%C4%B1-

2. https://azertag.az/xeber/Celilabadda_daha_bir_korpeler_evi_usaq_bagchasi_istifadeye_verilib-913809


Abunəlik