“Ruslan Aliyev özünə xaricdə yeni villa almaq istəyir”-İDDİA

Baxılıb:365
“Ruslan Aliyev özünə xaricdə yeni villa almaq istəyir”-İDDİA

AzTimes.az xəbər verir ki, bu barədə tanınmış yazar Rauf Qərib Alagöz şəxsi Facebook hesabında paylaşım edib:

-Gəlin sizə yeni dələduzluq növündən danışım.
Deyəsən Ruslan Əliyev özünə xaricdə yeni villa almaq istəyir.

Deməli, 2 il əvvəl qardaşımgilin blokundan qaz sayğacı oğurlanmışdı və polisə məlumat verilib, polisdən oğurluq faktını təsdiqləyən arayış alınıb, ASAN kommunala təqdim edilib və gətirib yeni sayğac qoyublar.
Bura qədər hər şey normaldır.

Anormallıq keçən ay başlayıb.
Hadisənin üstündən 2 il keçəndən sonra Azəriqaz İstehsalat Birliyi çekə sayğacın da pulunu əlavə edərək borc göndərib.
Məsələ ilə bağlı Azəriqaz İB zəng edilib və cavab olaraq deyiblər “polis oğrunu tapa bilməyib, ona görə sayğacın pulunu ödəməlisiniz”.
What?
Yəni, belə çıxır ki, mənim sayğacım oğurlanıbsa, günahkar mənəm.
Başında durub gözləməliyəm ki, oğurlanmasın.

Ya həci, yeni villa istəyirsənsə, qaz pulu ödəməyən villalardan illərdir ödəmədikləri qaz pullarını alın.
Belə xırda, səviyyəsiz dələduzluq yaraşmır sizə.”

P.S. Sayğacların qoyulması tenderi qazanan şirkətlər tərəfindən həyata keçirilir.

AzTimes.az


Abunəlik