Zelenski nəyi gizlədir? – ŞOK İDDİA

Baxılıb:52
Zelenski nəyi gizlədir? – ŞOK İDDİA

Vladimir Zelenskinin Ukrayna ordusunun itkiləri ilə bağlı fevral ayında açıqladığı rəqəmlər olduqca aşağıdır.

Bu barədə “The Washington Post” adının çəkilməsini istəməyən ukraynalı deputata istinadla məlumat yayıb.

“Kiyev daha ​​çox qüvvə səfərbər etmək və ukraynalıları cəbhə bölgəsinə getməyə ruhlandırmaq üçün bir yol tapmalıdır. Zelenski 31 min hərbçinin öldüyünü deməklə ordunun real itkilərinin sayını xeyli aşağı salır. Ukrayna rəhbərliyi itkilərlə bağlı məlumatları gizlədir, bunun artıq çətin gedən kadr və səfərbərlik səyləri üçün mənfi nəticələr verəcəyindən ehtiyatlanır”, – nəşr bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti ilə bağlı başqa bir iddianı isə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo irəli sürüb.

O, Zelenskinin ABŞ və digər qərb ölkələrinin göndərdiyi yardımın cəbhəyə gedəcəyi barədə yalan danışdığını bildirib.

“Bu yardımların böyük hissəsi oğurlanır. Avropa İttifaqının Ukraynaya verdiyi yardımın 16 milyard avrodan çoxu itirilib”, – deyə Filippo iddia edib.


Abunəlik