Niyə məhz Deputat Hicran Hüseynova?

Baxılıb:445
Niyə məhz Deputat Hicran Hüseynova?

Artıq uzun müddətdir ki, ölkədə narkomaniya ilə güclü mübarizə gedir.DİN demək olar ki, bu məsələdə istirahətsiz çalışır.Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları, vitse-prezident Mehriban Əliyeva məsələni hər daim diqqətdə saxlayır. Gəlin diqqət yetirək: Bu məsələdə kimlər aidiyyəti quruma dəstək olur? Bu gün ölkədə xaricdən və dövlətdən maliyyələşən yetəri qədər QHT-lər var. Məcbur deyil ki, həmin təşkilatlar narkomaniya ilə mübarizə sahəsinə aid olsun.Amma biz bu aylar ərzində onların rəhbərlərindən Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Narkomaniya üzrə ekspert Emil  Maqalovdan başqa kimsəni narkomaniya ilə mübarizə yolunda ictimaiyyəti təmənnasız maarifləndirən görmədik. Uşaqlar birliyinin rəhbəri Kəmalə Ağazadədən başqa heç kimin səsini esitmədik.
125 millət vəkilindən bir Hicran Hüseynovadan başqa heç bir deputata maraqlı olmadı narkomaniya mövzusunda bir addım atmaq.
Hicran Hüseynova  narkomaniya ilə mübarizə sahəsində həmkarlarından fərqli olaraq seçildiyi ərazidə yetəri qədər tədbirlər təşkil edir. Mövzu ilə bağlı mediaya fikirlərini bildirir. Təşkil olunan tədbirlərdə bacardıqca şəxsən özü iştirak edir. Parlamentdə dəfələrlə bu problemə toxunularaq məsələ qaldırılıb. Hicran Hüseynova narkomaniyanın gəncliyimiz, gələcəyimiz üçün ağır epidemiya, bir xalqın məhvinə yönəlmiş terror olduğunu vurğulayıb.O, bu jestləri ilə millət vəkili yox, həqiqətən millətin vəkili olduğunu sübut edir.
Hər bir qadın ,vəzifəsindən, mövqeyindən asılı olmayaraq ilk öncə anadır. Ana isə deyərdik ki,yaradanın özüdür . O da dünyaya insan  gətirir. Narkomaniya isə insanlığın məhvinə yönəlmiş ən güclü silahdır. Yarasız, qansız,udum-udum öldürən silah.


Keçən aylar ərzində H.Huseynova
Sumqayıt şəhərində məktəblilərlə,yeniyetmələrlə narkomaniya mövzusunda təşkil olunmuş tədbirlərdə iştirak edib. Ölkənin öndə gedən TV-lərində çıxışlar ,sayt və qəzetlərinə müsahibələr verib. İnsanları ələşdirməyi kənara qoyaraq  bir az da gördüyü işləri müzakirə etsək, dünyamız daha gözəl olar. O öz əməlləri ilə gənclər şəhəri Sumqayıtın tarixində xüsusi yeri olan, öz adını qızıl hərflərlə tarixə yazmağı bacaran Kamran Hüseynova layiq övlad olduğunu sübut edib.

Ümidvarıq ki, millət vəkilinin fəaliyyətindən örnək götürəcək həmkarlarının sayı artacaq.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik