2019 cu ildə Ölkələrin hərbi güclərinə görə sıralaması – Azərbaycan neçənci yerdədir?

Baxılıb:284
2019 cu ildə Ölkələrin hərbi güclərinə görə sıralaması – Azərbaycan neçənci yerdədir?

Artıq 2019-cu ildə ölkələrin hərbi güclərinə görə sıralaması siyahısı məlum olub .Bəs, bu siyahı necə tərtib olunur ? Dövlətlərin hərbi gücü indeksi necə müəyyən olunur ?
Əvvala ölkənin əmək qabiliyyəti olan əhalisinin sayı.
Aktiv hərbi personal sayısı ( burda vətən borcunu yetirən əsgərlər də daxildir );
Daimi hərbi personal sayı (yalnız Azərbaycan ordusunda daimi xidmət edən hərbi qüvvələr bura daxildir );
Dövlətin hərbi büdcəsi;
Hərbi texnikanın sayı; (Dəniz, hava, artilleriya və s. ayrı-ayrılıqda)
Ölkənin dənizə çıxışının olub olmaması və s. kimi faktorlar əsas götürülür.
Bununla yanaşı, ölkənin hərbi gücü indeksi hesablanarkən onun ərazisi, əhalinin ümumi sayı, Ümumi Daxili məhsulun ümumi həcmi, Dövlət büdcəsi, Ölkənin ixracat və idxalat qabiliyyəti, əhalinin xüsusiyyəti, psixologiyası da nəzərə alınır .
137 Ölkə siyahıya alınıb. İlk 10 – a yalnız 1 (Türkiyə ), 20 -ə isə 4 müsəlman ölkəsi daxil ola bilib.Qardaş ölkə Türkiyənin də daxil olduğu, dünyanın ən güclü 20 dövləti bunlardır :
1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Fransa
6. Yaponiya
7. Cənubi Koreya
8. İngiltərə
9.Türkiyə
10. Almaniya
11. İtaliya
12. Misir
13. Braziliya
14. İran
15. İndoneziya
16. İsrail
17. Pakistan
18. Şimali Koreya
19. Avstraliya
20. İspaniya
Sonrakı sıralarda Ukrayna- 29, Belarus -39 , Özbəkistan -48, Azərbaycan- 52, Qazaxıstan – 54 , Türkmənistan -75 , Gürcüstan – 85, Tacikistan – 94, Ermənistan – 96-cı yerləri tuta biliblər. Siyahının sonunda – 137-ci yerdə Butan krallığı qərarlaşıb. Azərbaycan keçən ilki siyahıdan yalnız bir pillə irəliləyə bilib. Eyni Zamanda, siyahıdan göründüyü kimi, Azərbaycan qonşuaları Gürcüstanı 33, Ermənistanı 41 pillə qabaqlayıb. 16 Postsovet ölkəsi içində Azərbaycan 5-ci sırada qərarlaşıb. Siyahıda yerləşən 40 müsəlman ölkələri içərisində Azərbaycan 12 ci yerdə qərarlaşıb.
Elfaq Rzayev /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir