Əvvəli və sonu olmayan sevgi HEKAYƏSİ

Baxılıb:685
Əvvəli və sonu olmayan sevgi HEKAYƏSİ

Bilirəm heç kim oxumayacaq,sadəcə yazmaq istəyirəm..

Mənim üçün sevgi nədir?
Sevgi bəzən Şubertin “gecə serenadası”nı dinləyərkən saf xəyallara dalmaqdır,o xəyallara ki,orada hər şey safdır, gözəldir,orada yalnız mən və o varıq…
Sevgi xəyallarında qurduğun bir obrazdır,orda sən hamıdan seçilirsən,bu obrazda sən həm romantiksən,həm güclüsən,həm ağıllısan,həm də mühafizəkarsan !
Sevgi bir şəkilə saatlarla baxıb,orada həmişə yeni bir şey görməkdir və ən nəhayət sevgi sevdiyinin səninlə xoşbəxt olmayacağını bilib,onu “yarı yolda”qoyub getməkdir və sevginin bu tərəfi səni məhv edə biləcək qədər təhlükəli və amansızdır!
Təəssüf ki,zamanında son qeyd etdiyimi eləmək məcburiyyətində qalmışam və bunu eləmişəm…
Hər şey belə başlamışdı;
Universitetə qəbul imtahanı verirdim,yanımda gözəl bir qız oturmuşdu,mən birinci qrupa o isə beşinci qrupa imtahan verirdi (22 il öncə 1və5-qruplar eyni gündə imtahan verirdi)
İmtahanın bitməsinə 1 saat qalmış mən artıq lazım olanı balı yığmışdım,başım o qədər qarışıq olmuşdu ki,yanımda oturan gözəl,məsum qıza heç baxmamışdım.Partanın üstündə tir-tir əsən o əlləri heç vaxt unutmadım,ani onun üzünə baxıb soruşdum
-Yaza bilmirsən?
-Hamısını yazmışam, riyaziyyat qalıb.
Onun sual blankını öz qabağıma qoydum,mənim üçün o suallar çox asan idi,5-6 sualın cavabını şifahi dedim o qaraladı,sonra daha 12-15 misal həll etdim onun üçün.Həyəcandan tez-tez soruşurdu;görəsən düz deyirsiz,mən də gülürdüm və imtahan başa çatdı.İntahandan çıxanda o mənə iş nömrəsini verdi(o vaxtlarda abituriyent həmin kodu sonradan TQDK-nın buraxdığı jurnalda öz adını axtarmaq üçün istifadə edirdi)
Mən ADNA-na daxil oldum,ilk dərs günümdə özüm özümə sual verdim : Görəsən o da qəbul olub?!
İlk dərs günü dərsdən çıxıb jurnalı tapdım və onun ADPU -ya daxil olduğunu görüb heç vaxt sevinmədiyim qədər sevindim!
Sonra bizim üçün yeni həyat başladı və mən daha bunun haqqında çox danışmaq istəmirəm,sadəcə hamıya bir məsləhətim var;heç vaxt sərhədləri keçməyin.
Əsil sevgi o qədər safdır ki,o bahalı cam kimi,ani bir diqqətsizlikdən sınıb məhv ola bilər.Xosbəxt olmağı bacara bilmirsizsə vaz keçməyi bacarın.Yalniz beyinlə düşünənlər uğur qazanırlar, hisslərlə düşünənlər yox !

PS ehtiras sahib olmaq arzusu yaradır,sevgi belə olmur,belədirsə sevgi deyil!

Roma Qafarov /AzTimes.az/


Abunəlik