Vətəndaşdan Vilayət Eyvazova müraciət:”Nəsimi RPİ-nin rəhbərliyi və əməkdaşları…”

Baxılıb:217
Vətəndaşdan Vilayət Eyvazova müraciət:”Nəsimi RPİ-nin rəhbərliyi və əməkdaşları…”

Son zamanlar sosial mediada Nəsimi Rayon Polis İdarəsinın isti izlərlə açdığı cinayət hadisələrinə tez-tez rast gəlinir . Vətəndaşlar öz minnətdarlıqlarını sosial şəbəkələr üzərindən status və yaxud da quruma məxsus səhifələrin rəy bölümündə yazırlar.

AzTimes.az xəbər verir ki, Əliyev Zaur Zabil oğlu Daxili İşlər Naziri general – polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Hörmətli cənab nazir!2022-ci ilin sentyabr ayında divan sifariş etmək məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanıdığım Sarxan Əkbərov adlı şəxsin bank kartı hesabına 210 manat pul ödəmişdim. Həmin şəxs mənə qarşı dələduzluq edərək aldatdığı üçün bu barədə Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. Müraciətimdən sonra Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin və Nəsimi RPİ-nin rəhbərliyi tərəfindən qəbul edilərək məsələ öz müsbət həllini tapmışdır və mənə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir.
Cənab nazir şəxsən sizə və polis əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm.

           

Abunəlik