TƏBRİK EDİRƏM,Cənab Nazir!Bayram günlərində də Xidmətiniz əvəzsizdir!–Jurnalist Aybəniz ABDULOVA

Baxılıb:243
TƏBRİK EDİRƏM,Cənab Nazir!Bayram günlərində də Xidmətiniz əvəzsizdir!–Jurnalist Aybəniz ABDULOVA

Hörmətli  Cənab  Nazir!!!

         Bu məktubu sevinclə, böyük fəxrlə tam səmimi yazıram. Media əməkdaşı kimi etiraf edim ki, bu xoş bayram günlərində  də  Siz-Azərbaycan  Polisinin   danılmaz  xidmətiniz  və  əməyiniz var. 

Odur ki, Sizi qarşıdan  gələn 31  dekabr  “Dünya Azərbaycanlılarının Həmrəylik” günü  və  1 Yanvar- Yeni il  bayramı münasibətilə  şəxsən öz adımdan  ürəkdən təbrik edirəm.

Gələcək illərdə Sizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və  şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Siz  hər zaman  vətəndaşlarımıza  arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün  əlinizdən  gələni  əsirgəmədiniz.

Təhlükəsizliyimiz naminə göstərdiyiniz davamlı dəstəyə görə, Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. 

Sizdən  əlamətdar  gün münasibətilə  ən səmimi təbriklərimi  və  xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə; Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü”, yazar,
jurnalist-araşdırmaçı.


Abunəlik