Sinan Oğan Azərbaycanı təbrik etdi

Baxılıb:138
Sinan Oğan Azərbaycanı təbrik etdi

Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

O bu barədə tviterdə yazıb.

“Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun”.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.


Abunəlik