“Qulu”nin “qanuni oğru”statuslu kiçik qardaşı-imperianın başına o keçəcək

Baxılıb:624
“Qulu”nin  “qanuni oğru”statuslu kiçik qardaşı-imperianın başına o keçəcək

Albert Edirnəyə Lənkəranskinin “qanuni oğru” adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Edirnədə onları Beso, Lyoxa və Namiq qarşılayıb. Onlar dərhal Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Ciddi rezonans doğuran hadisə ilə bağlı Qulinin qardaşı da daxil olmaqla ümumilikdə 14 nəfər həbs edilmişdi. Amma tezliklə həbs edilənlər azadlığa buraxıldı.

Məlumdur ki, Şakro Molodoy(Zaxari Kalaşov) İspaniyada həbsdən çıxdıqdan sonra “oğru” sıralarında təmizlənməyə başlamışdı. Bildirilirdi ki, Şakronun o vaxt Qulinin qardaşı ilə bağlı da hökm vermək niyyəti olub. O zamanlar Rusiya mediası iddia edirdi ki, Şakro Molodoyun təşəbbüsü ilə Lotu Qulinin uzun illərdir Türkiyədə yaşayan kiçik qardaşının “qanuni oğru” statusunun alınması ilə bağlı “sxodka” keçirilib. Amma sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb və Namik Bakinskinin Səlifovun statusuna toxunulmayıb.

Bu ilin fevralında da Namik Bakinskinin adı yenidən qardaşı ilə birgə gündəmə gəlmiş, Quli ilə bərabər onun da qonşu ölkədə həbs edildiyi barədə informasiya yayılmışdı. Amma sonradan bildirilirdi ki, Quli Türkiyədə deyil, uzun illərdir bu ölkədə yaşayan Namik Səlifovla bağlı isə heç bir problem yoxdur.
Namik Səlifov hələ ki, məlum hüzr səbəbindən baş verənlərə münasibət bildirməyib. Amma aydındır ki, Qulindən sonra ailənin başına o keçəcək və bütün işləri o yönəldəcək…Üstəlik, bu işdə o yeni deyil…

AZTİMES.AZ


Abunəlik