“Kaspi” Təhsil Mərkəzinin qarşısında dalğalanan bayrağa laqeyid münasibət-FOTO

Baxılıb:504
“Kaspi” Təhsil Mərkəzinin qarşısında dalğalanan bayrağa laqeyid münasibət-FOTO

Bildiyimiz kimi (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması, infeksiyasının yayılma arealının genişlənməməsinin qarşısının alınması məqsədilə respublikamızda fəaliyyət göstərən bir çox sahələr fəaliyyətini dayandırıb.

5 avqust tarixindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bir çox sahələrdə sərtləşdirilmiş karantin rejimində yumşaldılmalar tətbiq olunsa da, fəaliyyətinə hələ də icazə verilməyən sahələr var.

Tədris müəssisələrinin fəaliyyətinin bərpası ilə əlaqədər olaraq ali təhsil müəssələrinin, bağçalar, hazırlıq kurslarınən fəaliyyəti bərpa olunmayıb.

“Kaspi” Təhsil Mərkəzinin Bayıl fililalı da karantin qaydalarına əməl edərək faliyyətini davam etdirmir.

Amma bu məqalədə biz başqa nüansa toxunmaq istəyirik.

Əvvəllər təhsil mərkəzinin qarşısında “Kaspi” Təhsil Mərkəzinə aid bayraqla birgə Azərbaycan Respublikasının dövlət bayrağı da dalğalanırdı.

Müşahidələrimizə görə, son zamanlar təhsil mərkəzinə məxsus olan bayraq oradan götürülüb və yerində təkcə Azərbaycan Respublikasının bayrağı dalğalanır.Amma, aylardır ki, bayraq aşağı tərəfdən cırılsa da, buna məhəl qoyulmayıb. Qeyd edək ki, görüntü heç də xoş mənzərə yaratmır və Azərbaycan bayrağına hörmətsizliyin görüntüsünü sərgiləyir.

AZTİMES.AZ xəbər verir ki, bir neçə ay bundan öncə Analoq.az saytında
“Jurnalistlər binasında dözülməz vəziyyət” adlı məqalə dərc etmişdik.Məqalə dərc olunan gündən sayta və saytın rəsmi “Facebook” səhifəsinə çoxsaylı xaker hücumları oldu.Analoq.az saytının baş redaktoru Savalan Talıblının şəxsi “Facebook” profili spam şikayətlərinə məruz qalaraq bağlandı.Ümid edirik ki, “Kaspi” Təhsil Mərkəzinin qarşısındakı bayrağa hörmətsizliklə bağlı bu məqaləmizdən sonra söz və mətbuat azadlığını nəzərə alaraq, bir daha Analoq.az saytı və onun yeni “Facebook” səhifəsi hücumlara məruz qalmayacaq.

AZTİMES.AZ


Abunəlik