Adsız MTK-nı kim himayə edir? Qurumlar susur- VİDEO

Baxılıb:407
Adsız MTK-nı kim himayə edir? Qurumlar susur- VİDEO

Paytaxtın Nəsimi rayonu, Alı Mustafayev 29 ünvanında yaşıllıqlar məhv edilərək yerində bina tikintisi gedir. Bu barədə Reportyor.info-nun əməkdaşı məlumat verir. Onun sözlərinə görə, sözügedən ünvanda olub və araşdırma aparıb.
Lakin tikintini həyata keçirən MTK-nin adı belə məlum deyil. İnşaat işləri aparılsa da, qarşısında hər hansı lövhə yoxdur ki, hansı şirkətin fəaliyyəti olduğu təsbit edilsin.
Əməkdaşımız qeyd edir ki, ağacları kəsərək tikintiyə qurban verənlər haqda ərazidəki sakinlər də məlumatsızdır. Hətta Nəsimi rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məsuliyyəti üzərindən atır. Hər iki qurum tikintiyə kimin icazə verdiyini açıqlamır.
Bəs, bu özbaşınalığı kim icra edir? Nə üçün Nəsimi rayon icra başçısı Asif Əsgərov yaşıllıqların məhvinə göz yumur? Onun icazəsi olmadan rayonda daşı daş üstünə qoymaq olarmı? Eyni zamanda, şəhərdə tikintilərə icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilir və mümkün deyil ki, onların sərəncamı olmadan hansısa sahibkar bina tiksin. Amma hər iki qurumdan bu məsələyə cavab ala bilmirik. Mövzunu davam etdirəcəyik.


Abunəlik