Göyçay rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri aparılır-FOTO

Baxılıb:366
Göyçay rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri aparılır-FOTO

Göyçay rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
AzTimed.az xəbər verir ki, Rayon icra hakimiyyətinin tapşırığı ilə tətbiq olunan qrafik əsasında şəhərdə və kənd yaşayış məntəqələrində növbəti dezinfeksiya işləri aparılır. Belə ki, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən son sutka ərzində Göyçay şəhər küçələri və ictimai yaşayış binasının girişləri, pilləkənləri və həyəti, idarələr, təşkilatlarlar habelə rayonun kənd yaşayış məntəqələrində qeyri-yaşayış binası, ticarət və xidmət obyekti dezinfeksiya olunub.

Göyçay şəhər üzrə icra nümayəndəsi Rəşad Şükürov əməkdaşımıza pandemiyaya qarşı mübarizə tədbirləri təhlükə qurtaranadək davam etdirəcəyini bildirərək, ölkədə o cümlədən Göyçayda əhalinin çox olduğu yerlərdə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri aparılır, yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin yayılması ehtimalı o qədər də yüksək deyil. Çünki gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, dövlətimiz vətəndaşımızı qoruyur. Yoluxmanın qarşısını əngəlləmək, xalqı bu təhlükədən qorumaq üçün bütün vasitələrdən ciddi şəkildə istifadə edilir. Hökumətin gördüyü tədbirlərdən başqa, belə yoluxucu xəstəliklərin epidemiya şəklində yayıldığı vaxtlarda hər kəs özünü və yaxın ətrafını qorumalıdır.
Qeyd edək ki, Göyçay rayonunda vaxtaşırı dezinfeksiya işləri davam edir.


Abunəlik